Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda ər arvadını qətlə yetirdi

Tarix: 24-08-2025 10:50     Baxış: 3161 A- / A+
Lənkəranda qətl hadisəsi baş verib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, rayonun Liman şəhəri ərazisində 34 yaşlı qadın ailədaxili münaqişə zəminində qətlə yetirilib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrindən, o cümlədən boynundan aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Xəstəxanadan verilən məlumata görə, qadın ora çatdırılarkən artıq həyatını itirmiş vəziyyətdə olub və həkiməqədər ölüm faktı qeydə alınıb.
Əldə olunan ilkin məlumatlara əsasən, qadının həyat yoldaşı qətlin əsas şübhəlisi kimi saxlanılıb. Meyit daxili və xarici ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar