Abşeron rayonunda bədbəxt hadisə baş verib. Manevr.az xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki "Saray MTK" yaşayış kompleksində qeydə alınıb. Kompleksdəki yaşayış binalarından birinin 9-cu mərtəbəsindəki mənzillərdən birində olan beş yaşlı oğlan yıxılıb. Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.oxu.az