Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Vilayəti pakistanlı nazirə Bakıdan şikayətləndi – “Onlardan soruşa bilərsiniz ki...”

Tarix: 14-07-2025 22:13     Baxış: 421 A- / A+
"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.

Bunu İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O, Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənib. 

“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür. Bunların arasında Colani (Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa) ilə sionist rejim (İsrail – red.) arasında vasitəçiliyi, habelə Fələstində cinayətlərin tüğyan etdiyi vaxtlarda İsrail xalqına neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu tədbirlər görülür?”

Xatırladaq ki, bu, İran rəsmisinin ümumən Azərbaycan və rəsmi Bakının xarici siyasətinə dair kobud müdaxiləsinin yeganı nümunəsi deyil. Bundan əvvəl də Vilayəti bəyanatları ilə mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışıb. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar