Xəbər lenti
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.
“Global Bird Fair” quş müşahidəsi turizmini təşviq edən və bu sahədə qlobal məlumatlılıqla əməkdaşlığı gücləndirməyə yönəlmiş illik beynəlxalq tədbirdir.
Sərgi 62 ölkə və 287 beynəlxalq şirkət nümayəndələrini bir araya gətirir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu beynəlxalq mütəxəssislər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində ekoturizmin əsas istiqamətlərindən biri kimi ornitoloji turizmin təşviqi üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Bu təşəbbüslərə ixtisaslaşmış broşürlərin hazırlanması, beynəlxalq turoperatorlar, ornitoloji turizm ekpertləri üçün tanıtım səfərləri və təbiət turizmi bələdçiləri ilə sənaye nümayəndələri üçün təlim sessiyalarının təşkili daxildir.
Manevr.az
.jpg)
.jpg)
.jpg)


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar