Xəbər lenti
Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Manevr.az xəbər verir ki, istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Gülcan İlham qızı Allahverdiyevanın ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu vəzifəsində işləyən Zülfüyyə Hüseyn qızı Ağayevanın vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərmiş, hamiləyə antenatal xidməti tam həcmdə aparmamış, nəticədə, hamilə qadın "Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı"ndan ölüməsinə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Zülfüyyə Ağayevaya Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar