Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

Tarix: 10-07-2025 15:07     Baxış: 458 A- / A+
Telli Pənahqızı bu televizyanın rəhbəri oldu
Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi, "Dostluq” ordenli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, Teleradio Akademiyasının rektoru, şairə və publisist Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.

Məlumatı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasından bildiriblər. 
Telli Pənahqızı 1952-ci ildə Ermənistan SSR-in Amasiya rayonunun Aşağı Şorca kəndində dünyaya gəlib. 1980-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ədəbi fəaliyyətə 1970-ci illərin sonunda başlayıb və ilk şeirləri mətbuatda dərc olunub.

Telli Pənahqızı uzun illər Azərbaycan televiziyasında və mətbuat sahəsində çalışıb, "Azərbaycan gəncləri”, "525-ci qəzet”, "Ədalət”, "Səs” və digər qəzetlərdə publisistik yazılarla çıxış edib. O, eyni zamanda AzTV-də müxtəlif proqramların müəllifi və aparıcısı olub, "Açıq söhbət”, "Görüş yerimiz Vətən olsun” kimi ictimai-siyasi proqramlarla tanınıb.

Telli Pənahqızının "Anamın kitabı”, "Yarpaqlarım üşüyür”, "Ayrılığın harayı”, "Gəl qonağım ol”, "Səni sevdim” və s. adlı şeir kitabları nəşr olunub.

Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Telli Pənahqızı həm də gənc jurnalist və şairələrin yetişməsində mühüm rol oynayıb. Teleradio Akademiyasının rektoru kimi bir çox təlim-tədris layihələrinə rəhbərlik edir, tələbələrə televiziya və söz sənətinin incəliklərini öyrədir./modern.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar