Xəbər lenti
"Şəhərin qorxaq küçələrində Polad yağışlar yağır ağacların köynəyinə..."

Polad Həşimovun doğma xatirəsinə həsr olunur.
Bir uşaq yuxu görürdü,
üzünü təbəssüm ildırımı bürümüşdü.
Müharibənin beşiyində...
Mərmi səsi yelləyirdi əllərini,
yetim gecələr yuxu yoğururdu
pərdələrin gözlərində.
Mərmilər ayaq açıb yeriyirdi
bir qızın saçlarının yaddaşında.
Bir ana yaylığı güllələnmişdi
bayraq kölgəsində...
Tanrı dilini öyrənirdi kəpənəklər,
Ölümü əzbərləmişdi Vətən.
Səhərin gözlərini uşaqlar aça bilmədi....
Ana küçələr danışırdı:
–Əllərin səngərin atasıdır.
Bir duman bağırır
ayaqlarını...
Torpağın kürəyi
heç vaxt yerə dəymir,
arzular içində yatır
çarpayı.
Hər ata, bir oğul
hərfləri unutmuşdu
xəbər başlığında...
Ovuclarında xəyanət gizləyir
səngər baharı,
buludlar boylanır
çiyinlərindən...
Analar göz yaşından silah düzəldir
yuxusuz pəncərəsinin qarşısında.
Hər günün qapısı barmaqlarından günəş damır
məmləkətə...
Bir uşaq yuxudan ayılır indi,
qanadları boş
yellənir hər evin...
Küçəmizdə
ürəyi yerə dağılır
fotoşəkillərin,
soyuq baxışların gözünü çıxarır
daşürəkli lövhələr...
Şəhərin qorxaq küçələrində
Polad yağışlar yağır
ağacların köynəyinə...
Ürəyindən qızılgül dərir
küçələr indi...
Uşaq yuxular böyüyür,
xoşbəxt oyuncaqların gözündə
qarışır çinar boyuna...
Ayağını itirmiş yollar
taleyin çəkmələridir. soyunur ayaqlarını qırmızı şəkillər...
Uşaq yuxusunu yırğalayır bir payız.
Ayılır uşaq pəncərələr,
ayılır kağız
yuxusundan...
Uşaq buludlar dil tapa bilmir danışa.
Bu səhəng
yuxunu əlindən salıb sındırır...
Nar üzlü ömürə dağılır qız budaqlar,
oğul ağaclar!
Cavid Fərzəli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar