Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Kiyevdə polkovniki öldürən FSB agentləri məhv edildi

Tarix: 13-07-2025 16:35     Baxış: 329 A- / A+
Kiyevdə polkovniki öldürən FSB agentləri məhv edildi
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları xüsusi əməliyyat zamanı Rusiyanın xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdirib.Həmin şəxslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) tapşırığı ilə Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkoviki İvan Voroniçi qətlə yetirmişdilər.
Əməliyyata şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk rəhbərlik edib.
“FTX-nin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilmişdi və üç gün əvvəl əməkdaşımız, silahdaşımız polkovnik İvan Voroniçi qətlə yetirmişdi. Aparılan gizli axtarış və əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin gizləndiyi yer müəyyənləşdirildi. Saxlanma zamanı onlar silahlı müqavimət göstərdilər və baş verən atışma nəticəsində zərərsizləşdirildilər. Bir daha qeyd edirəm: Ukrayna ərazisində düşmənin tək bir sonu var – ölümdür!” – Malyuk bildirib.
İstintaq materiallarına əsasən, qətli bir kişi və bir qadın törədib. Onlara əvvəlcə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını izləmək, onun gündəlik marşrutu və həyat tərzi barədə məlumat toplamaq tapşırılıb. Daha sonra kuratorları onlara səsboğucu ilə təchiz olunmuş tapançanın gizlədildiyi yerin koordinatlarını verib.
Cinayətdən sonra killerlər gizlənməyə cəhd etsələr də, Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Milli Polisinin birgə fəaliyyəti nəticəsində onların yeri müəyyən olunub. 13 iyul səhəri keçirilən xüsusi əməliyyat zamanı killerlər silahlı müqavimət göstəriblər və həmin an zərərsizləşdiriliblər.
Qeyd edək ki, iyulun 10-da Kiyevin Qoloseyevski rayonunda Rusiya xüsusi xidmət orqanlarının agentləri polkovnik İvan Voroniçi qətlə yetiriblər. Hadisə yerli vaxtla saat 09:00 radələrində baş verib. Naməlum şəxs polkovnikə yaxınlaşaraq ona 5 dəfə atəş açıb və dərhal hadisə yerindən qaçıb.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 348-ci maddəsi üzrə cinayət işi başlanıb.teleqraf 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar