Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi qulluqçuların pensiyaları ilə bağlı mühüm açıqlama

Tarix: 14-07-2025 11:10     Baxış: 329 A- / A+


Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.
Manevr.az xəbər verir ki, bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:
“Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək”.
Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar