Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

“Gürcü Arzusu”ndan Aİ-nin tənqidi bəyanatına REAKSİYA

Tarix: 13-07-2025 17:16     Baxış: 326 A- / A+
“Gürcü Arzusu”ndan Aİ-nin tənqidi bəyanatına REAKSİYA
Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Avropa İttifaqı (Aİ) və Avropanın 17 ölkəsinin nümayəndələrinin tənqidi bəyanatına açıqlama ilə cavab verib.
Partiyanın bəyanatında bildirilir ki, Avropada demokratik prinsiplərin və əsas dəyərlərin sürətlə aşındığı dövrdə “dərin dövlət” anlayışı getdikcə daha çox təsir gücünə malik olur. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti və Böyük Britaniya qeyri-rəsmi idarəçilik altında fəaliyyət göstərir”, - bəyanatda vurğulanır.
Partiya hesab edir ki, Gürcüstana qarşı son tənqidlər, xüsusən yerli seçkilər ərəfəsində radikal müxalifət təmsilçilərinin həbsinə dair iddialar qərəzlidir. Partiya bildirir ki, həbslər qanuna uyğun həyata keçirilib və hüquqi baxımdan Avropa standartlarına tam uyğundur.
“Gürcü xalqı “dərin dövlətin” agenturasının hakimiyyətə qayıtmasına imkan vermədi. Bunu qəbul edə bilməyən xarici dairələr Gürcüstana qarşı təzyiqləri artırıblar”, - bəyanatda qeyd olunub.
Sənəddə vurğulanır ki, son etiraz aksiyalarında zorakılığa yol verilib və bu aksiyalara xaricdən – o cümlədən ABŞ və Aİ fondlarından maliyyə dəstəyi göstərilib.
Partiya həmçinin Avropanın bəzi ölkələrində, o cümlədən Almaniya, Fransa və Rumıniyada siyasi təqib hallarının baş verdiyini, seçki nəticələrinin ləğv olunduğunu və namizədlərə qarşı cinayət işlərinin açıldığını qeyd edərək, bu cür hallarda Avropanın Gürcüstana “demokratiya dərsi” keçməsinin qəbulolunmaz olduğunu bildirib.
Partiya Avropa İttifaqı ilə ədalətli əməkdaşlığa açıq olduğunu, lakin Gürcüstanın suverenliyinin və xalqın iradəsinin heç bir xarici təzyiqlə dəyişdirilməyəcəyini bəyan edib:
“Biz hər kəslə ədalətli əməkdaşlığa hazırıq. Lakin Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan o qədər lazımdır”, - bəyanatda vurğulanıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar