Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb

Tarix: 30-08-2024 19:41     Baxış: 357 A- / A+
Daha bir tender - Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
Milli Məclisin IV çağırış deputatı Tahir Mirkişiliyə məxsus olduğu bildirilən "Ultra Technologies" MMC daha bir tenderin qalibi seçilib. 
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, tender Aqrar Sığorta Fondu tərəfindən informasiya texnologiyaları avadanlıqlarının, lisenziyalarının, proqram təminatlarının və ofis avadanlıqlarının satın alınması ilə bağlı keçirilib. 

Satınalma müqaviləsinin maliyyə dəyəri  98 180,72 manatdır. 
Bu tenderlə şirkətin 2024-cü ildə qalib seçildiyi satınalma müsabiqəsinin sayı 14-ə çatıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 242 937, 12 manatdır.

"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. 
O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir. 
"Ultra Technologies" MMC 2016-cı ilədək "Ultra Computers" MMC adı ilə fəaliyyət göstərib. 
Tahir Mirkişili isə 2000-2011-ci illərdə "Ultra Computers" şirkətində mühəndis, daha sonra isə direktor vəzifəsində çalışıb. Bu baxımdan, mediada şirkətin sahibi kimi onun adı çəkilir. Tahir Mirkişili indiyədək bu iddiaları təkzib etməyib. 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar