Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

3000 şəhid məqaləsi Vikipediadan silindi

Tarix: 12-09-2024 21:15     Baxış: 344 A- / A+
3000 şəhid məqaləsi Vikipediadan SİLİNDİ

Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar olan 3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.
 
Manevr.az xəbər verir ki, bu barədə bloger və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkədə yazıb.
 
O bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən tamamilə silinib.
 
"Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.
 
Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir".
 
Bloger qeyd edib ki, bu işi edənlərin adlarını bilir və Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar