Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

İlk dərs günü məktəb direktoru MƏHKƏMƏYƏ VERİLDİ

Tarix: 16-09-2024 21:05     Baxış: 371 A- / A+
İlk dərs günü məktəb direktoru MƏHKƏMƏYƏ VERİLDİYeni tədris ilinin ilk dərs günü Biləsuvar rayonu, İsmətli kənd tam orta məktəbinin direktoru Fətağa Əliyev məhkəməlik olub.

Bu, direktorun əmək qanunvericiliyini pozması ilə bağlıdır. Belə ki, F. Əliyev işçini qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur.

Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məktəb direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən cərimə protokolları tərtib edib.

Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib və iş hakim Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.

İXM-nin 192.4-cü maddəsində deyilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddədə isə deyilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. iqtisadiyyat.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar