Xəbər lenti
Qızlar naz eləmir, oğlanlardan Məcnun çıxmaz
AMORF, BİÇİMSİZ
BEYİNLƏRDƏ SƏRHƏD GÖTÜRÜLÜBSƏ
Belə bir dünyada yaşayan insan necə olmalı, sizcə? Siz onu müəyyən qəliblərin içinə pərçimləyə bilməzsiniz, zorlasanız belə bacarmazsınız. Dalğın və daxilən (hətta zahirən də; geyimindən tutmuş davranışlarına qədər) dağınıq zamanın insan tipi bizə öyrəşdiyimiz, əzbərlədiyimiz insan obrazına məsafəli durmağı təlqin edir. Harasından tutacağını bilmir cəmiyyət bu adamın. Bizsə, dirənirik, öyrəşdiyimizdən əl çəkmək istəmirik, hətta qorxuruq da. İndicə ağlıma gəldi ki, MÜHAFİZƏKARLIQ QORXUDAN YARANIB, TARİX BOYU QORXULARLA BƏSLƏNİB, AYAQDA DURUB.
Havada qorxu var. Ona görə ki, bu Dalğın, Dağınıq insan bəlirsizlik yaradır. Toplumlar da həmişə bilmədiyi, bələd olmadığı hadisə, nəsnələrdən qorxur, ən azından ehtiyatla yanaşır. Eynən kor-dəvə misali kimi...
Təzəliyin, yeniliyin faciəsinin anaxtarı da burda, bu yanaşma tərzindədi. Dərketmə, qəbullənmə kütlə üçün məşəqqətli və zaman tələb edən prosesdi. Dəyərlər itdiyindən yeni Dəyər də qəbul olunmur, dışlanır. Axı, cəmiyyət onu tanımır, ciyərləri köhnə havayla xoşbəxtdi, o-na təzə hava boğucu görünür.
Keçid dövrləri bulanıq su kimidi, bulanıq suda balıq tutanlar irəli çıxır, barınır-bəhrələnir, "bacarana can qurban", "zəmanə adamı", "məqsədə yetməkçin hər şey məqbul,mübahdı" kimi zədəli "afaforizmlər" həyati önəm qazanır. "Nədən?"i də o ki, köhnə-Öyrəşilən-əzbərlənən prinsiplərin mühafizi çoxluqdur.
Maraqlı nüans var; Yeni dəyər daşıyıcıları dışlanır, yalançı peyğəmbərlərə, Ostap Benderlərə inanılır, fırıldaqçılar (bütün sahələrdə) bulanıq suyu bir az da bulandırır ki, hətta "qızıl balıq" tutsun, yenilikçi buqələmunları cəmiyyət qəbul edir. Stolda oturub stulda yemək yeyənlərə qapılar taybatay açılır.
Məntiqin itdiyi duyğusal, patetik-pafosik bir kəsim meydan sulayır, sürü şəklində, müəyyən sektalarda birləşir-istər sistemli, istərsə də qeyri-şüuri
(fərq etməz eyni yolun yolçuları)
"Z" zolağı-nəsli kimi təyin olunan yeni nəslin dalğaları özünü zamanın qayalıqlarına inadla çırpmada. Konkret bir əraziyə-vətənə-yurda bağlı deyillər, Allaha inanır, amma bir inancın qulu saymırlar özlərini. Ümumi özəllikləri var,-dünya vətəndalığından da fərqli.
Zarafatca, onları "internet uşaqları" adlandırıram. Ata-anaları onları anlaya bilmir. Tabularla, qadağalarla heç nəyə nail olmaq mümkün deyil. Bunlar keçmişlə yaşamır, maraq dairələrində də deyil tarix. Gerçəkçidilər. Qızlar naz eləməz, oğlanlardan da Məcnun çıxmaz.
-Daha hansı özəllikləri var?-sual verirəm özüm-özümə., Heç gələcək haqqında, bir il sonra nə edəcəkləri ağıllarının ucundan da keçmir. Ən azından onları, həm də özümü dərk etməyə çalışıram. Hə, hər şeydən xəbərdardılar, lakin heç bir sahə üzrə mütəxəssis deyillər. Bir özəllikləri də var; heç nəyi ciddiyə almırlar.
Mən onları çox sevirəm...bizim kimi saxta deyillər, rol oynamırlar, mənsəbə, Fəxri Xiyabana-zada can atmırlar.
Görünən o ki, nəyinsə ərəfəsini yaşayırıq. Biz uşaq olanda kinodan qabaq jurnal göstərilərdi, sonra kini...Hə, indi "jurnalfason" bir dövrdəyik. Biz aktyorları görürük. SSenarist heç zaman görünmür.
Əminəm ki, bir gün Yer üzündəki bütün sərhədlər götürüləcək.
Beyində, Duyğuda sərhədlər götürülüb. Bax, buna görə əminliklə deyirəm.
Beyin axınının cazibə mərkəzinə çevrilən yerlər...təsadüfmü, məncə, yoox.
Söhbətimiz bitən deyil. Həyatın özü kimi,-nə əvvəli var, nə də sonu.
İnsanlar heç nə barədə düşünmək istəmir, Düşüncə bir YÜKdür elə bil, kimsə daşımaq istəmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar