Xəbər lenti
Nəzrinin ölümündə diqqətdən qaçan detal
Xəbər verdiyimiz kimi, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib. Son vaxtlar bənzər əməliyyatlar nəticəsində həyatını itirən xeyli sayda pasiyent var.
Ötən ay Səhiyyə Nazirliyində əməliyyat keçirildi, saxlanılanlar oldu, amma bundan sonra da analoji ölüm halları baş verdi. Deməli, tədbirlər hədəfinə çatmayıb. Bu sahədə daha ciddi qanun-qayda yaratmaq üçün rəsmi qurumlar hərəkətə keçəcəkmi?
Manevr.az xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı əməliyyatı icra edən Sənan Mehdiyevlə bağlı bəzi məqamlara toxunub:
“Media yazır ki, Nəzrin xanımın həkimi olmuş Sənan Mehdiyevin bir pasiyenti də 2015-ci ildə əməliyyatdan sonra dünyasını dəyişib. Həmin hadisəyə görə həkimə 8 ay 23 gün iş kəsiblər. Əsas suallar buradan yaranır: necə olur ki, məhkəmə ilə iş kəsilmiş bir həkimin lisenziyası ləğv edilmir? Necə olur ki, o, hələ də həkimliyə davam edə bilir, hansısa klinika onu həkim kimi işə qəbul edir? Bu suallara aydınlıq gətirmək lazımdır. Tibb elə sahədir ki, burada birbaşa insan həyatı ilə işləyirsən və buna görə də risk həmişə var. Amma hətta ağır situasiyalarda belə insanları həyata qaytarmaq üçün tibb elmi, texnologiyalar çox inkişaf etdirilib və bu, hələ də davam edir. Odur ki, əgər ölüm hadisəsi varsa, bunu araşdırmaq üçün şəffaf mexanizm qurulmalıdır”.
N.Abbaslı saxta diplomlu həkimlər haqda danışıb:
“Son vaxtlar estetik əməliyyatlar nəticəsində ölən insanların xəbərlərini də eşidirik. Yayılan xəbərlərdə diplomu saxta olan həkimlər olduğu bildirilir. Şəffaf mexanizm olsa, bu hadisələr baş verməz. Həmin həkimlərin işə qəbulu prosesi, klinikaların və dövlət xəstəxanalarının, ümumiyyətlə, bütün tibb müəssisələrin fəaliyyəti vaxtaşırı yoxlanılsa, nəzarət edilsə, düşünürəm ki, belə hallar minimuma enər. Buradakı əsas problemlərin qaynağı işlək və şəffaf bir nəzarət mexanizminin olmamasıdır. Çünki olsaydı, məhkəmə ilə iş kəsilmiş bir həkim yenidən heç nə olmamış kimi öz peşəsinə davam edə bilməzdi və ya digərləri cərrah olmadığı halda cərrah kimi estetik əməliyyatlara girib, insanların həyatını təhlükəyə ata bilməzdilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar