Sizin Reklam Burada
Xəbər lenti
12-01-2025
11-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nadir Israfilov: “Dərslik siyasəti təhsildə dövlət siyasətinin tərkib hissəsidir…” 

Tarix: 12-01-2025 20:36     Baxış: 338 A- / A+
Dərslikləri xarici təcrübələrin təsirinə məruz qoymaq düzgün mövqe sayıla bilməz.
Azərbaycanda təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Dərslik siyasətinin başlıca məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Bu baxımdan dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi mühüm amillərdir.
Belə baxıram, son zamanlar elmimizdə deyil, məhz təhsilimizdə Miçurinin davamçılarından ibarət yeni “miçurinçilər” yetişərək, ortalığa atılıblar. Rus-sovet bioloqu və seleksioneri, bir çox meyvə sortlarının müəllifi, biologiya elmləri doktoru İvan Vladimiroviç Miçurindən fərqli olaraq, bu müasir “seleksionerlər” varisi olduqları öz sələflərindən fərqli olaraq, alma ağaclarına calaq vurmaqla yeni alma sortları yaratmaq cəhdindən fərqli olaraq, bu yenilikcilər xarici təcrübəyə calaq vurmaqla hibrid təhsil yaratmaq fikrinə düşüblər.

“Hibrid dərslər”, “hibrid dərsliklər”, “hibrid təlimlər”, “hibrid konfranslar”, hibrid nə bilim nələr... Sözün kəsəsi, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə təhsilimiz “xaic”iləşdirilməkdə, yəni, hibridləşdirilməkdə davam edirir. Nə var, nə var, dünyada belə bir şey var. Sinqapurda belədir, Finlandiyada elədir və s. Halbuki, beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil, onu öz intellektimizə, mili-mənəvi dəyərlərimizə uyğunlaşdırmaqdır. 

Sovet dönəmində orta məktəbdə hər biri ayrılıqda tədris olunan “Botanika” (bitkilərin quruluşunu, təbiətdə yayılmasını, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm), “Zoologiya” (heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, yaşadığı mühitlə əlaqəsini, fərdi və inkişaf qanunauyğunluqlarını öyrənən elm) və “Anatomiya” (orqanizmin orqanlarının, toxumalarının, hüceyrələrinin quruluşunu və formasını öyrənən elm) fənləri ayrılıqda tədris olunurdu və bu fənlər ümumi Biologiya kursu kimi eyni fənn nüəllimləri tərəfindən tədris olunurdu. Eyni ilə ayrılıqda tədris olunan “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi”, “Yeni tarix”, “Ən yeni tarix” və onlarla sinxron şəkildə keçirilən  “Azərbaycan tarixi də eyni ixtisas müəllimi tərəfindən tədris olunurdu. Həmin fənn müəllimləri 5 ildən bir əmək haqqı saxlanlmaqla dövlət hesabına Azərbaycan Müəllimləri Təkmilləşdirmə - indiki Müəllimlər İnstitutunda ixtisasartırma kurslarından keçib təkmilləşirdilər.
Bazar iqtisadiyyatının tələbləri, heç şübhəsiz ki, təhsilə də təsirsiz ötüşmədi. Bir sıra islahatlar həyata keçirildi. Kurikulumların inteqrativ xarakterini nəzərə alaraq, inteqrativ fənlərin yaradılması fikrinə düşdwk. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinə əsasən fənlərin sayı azaldıldı.  Belə ki, "İnsan və cəmiyyət", "Azərbaycan Respublikasının Konstitusiyası", tədris planından çıxarıldı. "Təbiətşünaslıq" "Həyat bilgisi"nə, "Rəsmxət""Texnologiya"ya, "Astronomiya" "Fizika"ya inteqrasiya olunmaqla, fənlərin sayı 26-dan 18-ə endirildi.
İndi də da orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı işlər aparıldığının  şahidi oluruq. V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplektinin üstünlükləri barədə açıqlamalar verilir, fizika, kimya, biologiya və coğrafiya fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyəti, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsi və digər yeniliklər təqdir edilir. İnteqrativ adlandırılan birləşdirilmiş fənlərə dair dərsliklərin tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəli olduğu əsaslandırılır. Bununla belə, mühüm bir məqam unudulur ki, konkret fənlərin ümumiləşdirilməsi, təhsilalanların konkret sahələr üzrə ümumi biliklərinin məhdudladırılmasına yol açır.
Razılaşaq ki, ən böyük hakim zamandır. Real olanı isə odur ki, nə yenilik edəcəyimizdən asılı olmayaraq “fizika” fizikadır, “kimya” kimyadır, “biologiya” biologiyadır, “çöğrafiya” da coğrafiya. Hələ ki, Arximed qüvvəsi mayeyə batırılmış cismin sıxışdırdığı mayenin çəkisinə bərabərdir, hələ ki, suyun kimyəvi tərkibi iki hidrogendən və hər biri ilə birləşmiş bir oksigen atomundan ibarətdir, Ontogenez - orqanizmlərin mayalanma anından bioloji ölümünə qədər olan həyatıdır və hələ ki, 5 qitə və 6 materik yerini dəyişməyib, bu dəyişikliklərin də nə dərəcədə uğurlu olacağı zamana bağlı olan məsələdir... Ancaq, bir məsələ aydındır ki, yeni yanaşmalar, yeni problemlərə yol açır. Problemlərlə baş-başa qalan isə zavallı müəllim olur - yenidən müxtəlif kurslar, əlavə təlimlər, növbəti imtahanlar - yeni fənni tədris etmək üçün gərgin mücadilələr... Bir də ki, kim təminat verə bilər ki, məktəblərin bağlanması və birləşdirilməsi kimi, dərsliklərin də inteqrasiyası, digər birləşmələrə və inteqrasiyalara yol açmayacaq...!? 
Məhz, bu kimi fəsadların nəticəsidir ki, təhsilin əsas vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarında iştirak etmək məcburiyyətindədirlər. Bu məqamda istər-istəməz adamın yadına məşhur alman filosofu Fridrix Nitsşenin bir müdrik kəlamı düşür: “Xalq o zaman məhv olur ki, öz mənşəyindən törəməyən ideala doğru can atır.” Unutmayaq ki, bura nə Sinqapurdur, nə də Finlandiya. Bura müstəqil, suveren Azərbaycandır!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar