Sizin Reklam Burada
Xəbər lenti
11-01-2025
10-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ekspertizadan imtina edən general həbsdə qaldı

Tarix: 11-01-2025 13:48     Baxış: 329 A- / A+
Ekspertizadan imtina edən general həbsdə qaldı10 il 6 aylıq həbsə məhkum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir.
Manevr.az əbər verir ki, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.
General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.

Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.

6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.

Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.

Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar