Sizin Reklam Burada
Xəbər lenti
10-01-2025
09-01-2025
BÜTÜN XƏBƏRLƏR

Son günlər hava niyə mülayim keçir? - Açıqlama

Tarix: 10-01-2025 17:20     Baxış: 327 A- / A+


Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur.
Manevr.az xəbər verir ki, bu sözləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti olub:
"Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib".
G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakııda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar