Sizin Reklam Burada
Xəbər lenti
09-01-2025
08-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bütün təsadüflər zərurətdən doğurmu?

Tarix: 10-01-2025 10:14     Baxış: 472 A- / A+

Təranə Dəmir
 


Hərdən  öz -özümə  sual  verirəm ki, görəsən bütün  təsadüflər  zərurətdən  doğurmu? Yaşadıqlarımız, qarşılaşdığımız  bütün təsadüflərin  arxasında zərurət  dayanırmı? Axı  təsadüfi  görüşlərin  hamısı  vüsala, xoşbəxtliyə    aparmır   adamı.  İşgəncəyə, göz yaşına , ölümə  aparanlar  da   olur. Sual  doğur , bu  zərurəti  yaradan  səbəb  nədir bəs?

Bütün  təsadüflərdən sonra   üzümüzə  qapılar  açılmırsa, təsadüfən  görüşdüyümüz adamlarla  bir də  rastlaşmırıqsa, bunun  harası  zərurət  oldu? Bəzən  uğursuzluqlarımızın   adını sınaq qoyuruq , Tanrı  tərəfindən göndərilən  imtahan  adlandırırıq. Bir sözlə  burda da  işi  öz  xeyrimizə  həll  etməyə  çalışırıq. Yəni  təsəlliylə  ovuduruq  özümüzü.   Şairləri  çox incidən  bir sualla çıxırlar bəzən   adamın qarşısına? "Niyə  ağrıdan, acıdan, kədərdən, həsrətdən yazırsız? Dünyaya  işıqlı  tərəfdən  baxın.  Qaranlıq yorur  və  qorxudur  adamı"Axı heç kim  xoşbəxtlikdən  şair  olmur.Elə  insanı  şair  edən  onun  əzabları , yaşadıqları, eyni zamanda  yaşaya  bilmədikləridı  axı. Kefindən  yazan  şair  rastıma  çıxmayıb  hələ. Ən  xoşbəxt  şeirlərin  də arxasında  lirika  dayanır. Lirika  poeziyanın  canıdı, sütunudu. Poeziyanın  özü  həsrətdən  yaranıb.  Mənim aləmimdəsə   həsrətdən  doğan şeirlər daha  mükəmməldi. Hamının  kədərini  özününkü  edə  bilmirsə, o şairdən  heç nə gözləməyin. Şair  təkcə  özünü yaşamamalıdı. Şairun  ruhu  yerdədirsə, ona  Tanrı  sığalı  çəkilməyibsə , demək  onun yazdıqları da adi  söz  yığınıdı. Nəfəssizdi. Şeir  doğulmalıdı. Əks  halda  yazılan bütün  şeirlər  əlsiz, qolsuz, gözsüz, dilsiz, ağızsız   yaranacaq. Zorla, süni, başdansovdu, ürəksiz, sevgisiz  yazılan  bütün  yazılar  şeir statusu  ala bilmir.  Bayağı, sönük , nursuz, qaranlıq  yazı  oxuyuruq, vəssalam. Axı  şikəst  şeirlər  kimə lazımdı?Qaldı ki, təsadüflərə . Bütün təsadüflər zərurətdən  yaranırsa, demək  bizim  şairliyimizin   də  bir  " Ol" tərəfi  var yəqin ki. Yadımdadı , dördüncü  sinifdə  oxuyurdum. Qısa hekayələr  yazırdım  və anama oxuyurdum.  Xoşuna  gəlirdi. Anam  heç vaxt  məni  tərifləməzdi . Gözlərindən  oxuyurdum ürəyindən  keçənləri. Düşünürdüm  ki, əgər  anamın  xoşuna  gəldisə, demək  hər  şey  qaydasındadı. Sevinirdim. Atamısa  razı salmaq  qeyri  -mümkün idi. Ona  görə də   çox vaxt  atamdan hər  şeyi  gizlədirdim. Bir  gün  mənim  hekayələrimi tapıb  oxumuşdu. Mənə  stimul   verməkdən, alqışlamaqdansa, "hekayə  yazmağa  nə var  ki, hünərin var , şeir yaz"- dedi. İçimdə nəsə  qırılıb  düşdü o an , amma heç nə demədim, susdum.  Dördüncü  sinifdə oxuyan, doqquz yaşlı bir  uşağa bunu  deməklə onun bütün  istəklərinin qarşısına  sədd çəkilərdi  bəlkə də. Amma  mən ruhdan düşmədim. Özümə söz verdim ki, şeir  yazacam.  Səhəri  gün  şeirlə gəldim atamın  hüzuruna. Bu dəfə  də  üzünün  ifadəsi  dəyişmədi  . Sonra  bir  də  ona  şeir oxumadım. Bəlkə bu da zərurət  idi. Bəlkə də  atam  elə deməsəydi  mən öz yaradıcılığımı  elə hekayədə  də  tamamlayacaqdım. Atamın  arzusuyla  hüquqşünas  olacaqdım bəlkə  də.    

Ya  qanunlarımızın  keşiyində  ayıq-sayıq  dayanacaqdım ,  ya da  yazılmayan   qanunlar məni  dəyişib  tamam  ayrı  adam  edəcəkdi.  S Təsadüf  zərurətdən   doğdumu? Mütləq  idimi  mən şair  olum? Mən şairliyimlə  dünya  dəyişdimi, mənim sözümə qulaq asdımı Göy  üzü? Mənim  arzularımın  mərkəzində fırlandımı  hadisələr, ya yalançı  hay-küyümdə  asılıb  qaldı  duyğularım? Çox sevdiyim  azadlığıma  qovuşa  bildimmi?  Bilmirəm. Bircə  onu  bilirəm  ki, bütün təsadüflərin arxasında  nəsə  dayanmır.

 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar