Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.
Manevr.az xəbər verir ki, bu barədə sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.
"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar