Dünən "Ulduz" stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti məlum olub.
Manevr.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Səkinə Yusibli məlumat verib.
O bildirib ki, 07.01.2025-ci il tarixində saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
"Baş beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir",- deyə o əlavə edib.
Qeyd edək ki, dünən saat 21:30 radələrində Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar