Xəbər lenti
Bir axtarış hekayəsi...
(Hərman Hessenin "Siddhartha" əsəri haqqında)
Ebru Bayramova NDU-nun
filologiya ixtisası üzrə II kurs tələbəsi
Kitabı ilk dəfə oxumağa başlayanda sıxıcı, maraqsız olduğunu düşmüşdüm. Amma kitaba başlayandan sonra mənə böyük bir dərs oldu ki, heç vaxt bir şeyə önyarğılı yanaşmamaq lazım imiş. Əsər məndə o qədər dərin hisslər, duyğular oyatdı ki... Əsərə başladıqdan sonra yazıçının dilinin mükəmməlliyi, axıcılığı elə gözəl idi ki, əsəri bir neçə saatda bitirdim. Oxuduqca sanki mən də əsərin içində bir yerlərdə Siddhartha ilə öz “Mən” imi axtarırdım.
Əsərdə Herman Hessenin yaratdığı hər bir obraz ayrı-ayrılıqda mənə bir dərs verdi… Sdharthanın yaşayışı özünü qane etmir. O öz “Mən” ini tapmaq istəyir. Və o samanlara qoşulur, orada bir çox yeni məlumatlar, biliklər öyrənir. Amma bununla da kifayətlənmir və oradan ayrılır. Hətta oradan ayrılmazdan əvvəl o, dostuna deyir ki, “Özünü bədənindən kənarda hiss etmək nədir? Ya oruc, ya nəfəsi saxlama? Bunların hamısı “Mən” in qarşısında qorxudan başqa bir şey deyil. Ondan qaçmaq üçün bircə dəqiqəlik yalançı azadlığın təqibi, həyatın mənasızlığını azacıq müddətə unutmaqdan savayı heç nə. Vəssalam! Bu cür azadlığa çarvadarlar karvansarada bir fincan düyü arağı içməklə də çatırlar. Bircə fincan bəs edir ki, hansısa müddətə bütün ağrı-acılardan qurtulsunlar. Və bu zaman “Mən” indən uzaqlaşan sərxoş çarvadar Siddhartha və Qovindanın axtardığını tapır. Dostum, bu, acı həqiqətdir”. Samanların yanından ayrıldıqdan sonra, iki dost Hautamanın yanına getməyə qərar verirlər. Və Qovinda Hautamanın fikirləri ilə razılaşır, yanında qalmağa qərar verir. Beləcə iki dostun yolları ayrılır. Çünki Siddhartha hələ də öz “Mən” ini tapmaq istəyirdi.O daha sonra bir qayıqçının köməyi ilə çayı keçir və şəhərə gedir. Orada Kəmalə adlı bir qadınla tanış olur, onunla yaşamağa başlayır. Ticarətlə məşğul olur, hər gün kef stollarına əyləşərək içir, kef sürür. Amma bir müddət sonra bütün bunlar ona saxta gəlir, düz etmədiyini düşünərək bütün hər şeyi buraxaraq oranı tərk edir. Və yenidən öz “Mən” inin axtarışına çıxır. Daha sonra əvvəlcədən də rast gəldiyi qayıqçıya rast gəlir. Onun yanına yerləşib onunla birlikdə yaşamağa başlayır.
Burda da ən sevdiyim obrazlardan biri olan qayıqçı Vasudeva Siddharthanın həyatında mühüm rol oynayır. Onun həyatı dərk etməsində böyük rolu vardır. Bu əsərdə mənim diqqətimi cəlb edən mövzulardan əsas olanlar, dostluq və ata-oğul münasibətidir. Öncə dostluqdan danışmaq istəyirəm. Dostluğu təmsil edən obrazlar Qovinda və Siddharthadır. Mənim fikrimcə, onlar arasındakı dostluq o qədər güclü bağlarla bir birinə bağlanıb ki, onlar fikir ayrılığı yaşasa da, zaman-zaman yolları ayrılsa da, uzun müddət bir-birlərini görməsələr də onların yolları hər zaman bir-biri ilə kəsişir. Digər mövzu, yəni ata-oğul münasibətidir. Əsərdə mənə təsir edən ən mühüm məsələ elə bu olmuşdur. Əsərdəki ata-oğul, ilk öncə Siddhartha və atası, daha sonra isə Siddhartha və oğlu olmuşdur. Mən bu münasibət haqqında fikirlərimi demədən əvvəl, sözə bir atalar sözü ilə başlamaq istəyirəm. “Nə tökərsən aşına, o da çıxar qaşığına” Hələ bu əsər haqında fikirlərimi yazmağa başlamadan qabaq, daha əsəri oxuyanda belə ata-oğul münasibətini görəndə, ağlıma ilk bu atalar sözü gəldi. Çünki əsərin əvvəlində Siddhartha atasının narahat olmasına baxmayaraq, yenə də öz yolundan dönmür. Onları eləcə qoyub Samanlara qatılır və daha sonra yaşadıqları nəticəsində onları heç yadına belə salmır. Və daha sonra illər keçir, Siddharthanın öz oğlu olur. Və onun oğlu da tam atası kimi öz yolundan dönmür. Öz atası kimi oda atasını qoyub gedir. Bir söz oxumuşdum “İnsan yaşatdığını yaşamadan, ölməzmiş” Bu fikri mən Siddharthanın etdikləri ilə uyğunlaşdırıram. Siddhartha o zaman dərk edir ki, öz yaşatdıqlarını, indi oğlu ona yaşadır. O oturub düşünür və birdən ağlına yaddaşından sildiyi adam, yəni atası gəlir. O düşünür ki, mən də illər öncə Samanlara qoşulmaq üçün gedəndə atam da bu ağrı, əzabları çəkmişdi. O, övlad həsrəti ilə ölmüşdü. Onda Siddhartha başa düşür ki, özünü də belə bir son gözləyir. Əsərdə mənə təsir edən səhnə elə bu idi…. O öz atasının köksünə övlad dağı çəkdi və illər sonra öz oğlu da onun köksünə həmin dağı çəkdi…
Əsərin sonunda “Siddhartha ( Hautama Buddanın adı) hər kəsin Budda, Mükəmməl ola bilməsinə işarə edir”. Bu cümləni elə əsərin baş qəhrəmanı Siddhartha öz fikri ilə aydın şəkildə ifadə edir: :“-Bu daşı görürsən? -O, daşı ovcunun içində fırladaraq dedi. -Nə vaxtsa o, torpağa çevriləcək, sonra bitkiyə, ya da hansısa heyvana, ola bilsin insana. Əvvəllər deyərdim:Bu, olsa-olsa daşdır və heç bir qiyməti yoxdur, Mayya dünyasına aiddir, yalnız çevrilmələrin birində dönüb insan olanda ona hörmət edəcəm. Əvvəllər belə fikirləşirdim. Amma bu gün tam əksini düşünürəm:bu, həm daş, həm heyvan, həm Allah, həm də Buddadır və onu nə vaxtsa hansısa birinə çevriləcəyinə görə sevmirəm, o, artıq var və əbədidir. Bəli, o daşdır və mən onu daş olduğuna görə sevirəm…” Əsəri oxuduqdan sonra, əsərin baş qəhrəmanının adının əsasını daşıdığı Buddizm dinini də araşdırdım. Və Buddizmin hədəfinin həyatdakı acı, iztirab qaynaqlarını açıqlamaq və onları keçirməyin yollarını axtarmaqdır. Buddizmin qurucusunun adının Siddhartha olduğunu öyrəndim. Buddizm dinində Siddharthanın mənəvi anlayışa çatdığının qəbul edildiyini öyrəndim. Əsər haqqında olan bu yazımı yenə Siddharthanın çox sevdiyim bir ifadəsi ilə bitirmək istəyirəm:“Biliyi ötürmək olar, müdrikliyisə heç vaxt. Onu tapmaq olar, onunla yaşamaq olar, onu öz yelkəninə çevirə bilərsən, onunla möcüzələr yaradarsan, amma onu sözə çevirmək, kiməsə öyrətmək qeyri-mümkündür. Bu məni hələ cavan yaşlarımda müəllimlərdən uzaq salan həqiqətdir.
Qovinda, indi söyləyəcəyimi də yəqin zarafat kimi qəbul edəcəksən:istənilən həqiqətin tərsi də həqiqətdir! Belə ki, yalnız birtərəfli həqiqəti sözlə ifadə etmək mümkündür. Sözlə ifadə oluna biləcək hər bir fikirsə vəhdətdən, birlikdən məhrumdur. Müqəddəs Hautama nəzəriyyəsilə bölüşərkən, dünyadan danışarkən onu iki yerə, sansara və nirvanaya, yanılma və həqiqətə, iztirab və azadolmaya bölmək məcburiyyətində qalmışdı. Başqalarını öyrətmənin digər yolu qeyri-mümkündür. Qovinda, ətrafımızda olan hər şeyin iki üzü var. Heç vaxt insan və onun elədikləri yalnız sansaraya və ya nirvanaya məxsus olmur. Heç vaxt insan təkcə müqəddəs və ya günahkar olmur. Bu yalnız bizə elə gəlir, yanılaraq fikirləşirik ki, zaman gerçəklikdir”. Və son olaraq demək istəyirəm ki, bu əsər məndə çox dərin duyğular oyatdı. Və məni düşünməyə vadar etdi. Görəsən mən öz “Mən” imi tapa bilmişəm? Ya da heç öz “Mən” imi tapmaq üçün çalışmışam? Hər kəsin birgün öz “Mən” ini tapması diləyi ilə…
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar