Sizin Reklam Burada
Xəbər lenti
07-01-2025
06-01-2025
BÜTÜN XƏBƏRLƏR

“1984” haqqında qeydlər: 2+2=5

Tarix: 06-01-2025 13:13     Baxış: 31 050 A- / A+
Fərasət Babazadə NDU-nun
filologiya ixtisası üzrə II kurs tələbəsi




“Azadlıq köləlikdir, savaş barışdır, cahillik gücdür”.

Bu sözü real həyatda bir yerdə eşitsək,  ya ciddiyə almarıq, ya da bunu deyən insanın psixologiyasında bir problemin olduğunu düşünərik. Fəqət “1984” kitabında yer alan bu söz, həmin həyatda küçələrdə, binalarda yazılıb və radiolarda dilə gətirilib.. Hətta bu söz oradakı insanlar tərəfindən heç də qəribə də görünmür. Əksinə, bu sözü qəbul edə biləcək vəziyyətdədirlər. Bizə zülmət qaranlıq bir dünyayı göstərən Corc Oruelin məşhur kitabı “1984” distopya janrının  ən yaxşı nümunələrindən biridir. Eyni zamanda bir jurnalist olan Oruel yaşadığı dövrdə diqqət çəkən kommunizm, sosyalizm və faşizm kimi ideologiyaları da çox yaxşı müşahidə edib ortaya maraqlı və düşündürücü bir hekayə çıxarıb. Kitabın bu qədər tarixi dəyərə sahib olması bu əsəri həm gerçəkçi və bir o qədər də qorxunc hala gətirib. Günümüzdə belə bu kitabda keçən tükürpərdici siyasətin bənzərini görə bilirik.

Oxuyanda insanı qorxudan, üzən, sorğuladan bu kitab böyük dərinliyə sahibdir. Kitab bizə əvvəlcə bir distopyanı tanıdaraq başlayar. Bu distopyada tək partiya rejimi hökm sürməkdədir və diktatura anlayışı ilə idarə edilməkdədir. Hökümətdə olan bu partiya ağla gələ biləcək hər formada insanlarını sıxır. Məsələn, binalara, küçələrə və hətda insanların evlərinə tele ekran dediyimiz kameralar yerləşdirərək onların hər saniyə harda nə etdiklərini izləyirlər. Hər yerdə “Böyük Qardaş” deyilən, partiyanın başında olduğu nəzərdə tutulan insanın rəsmləri görünür və bu rəsmlərin altında

“BÖYÜK QARDAŞ SƏNƏ BAXIR” yazısını oxuya bilirlər. Hətta bu rejimdə insanların təkcə nə danışdıqları deyil, nə düşündükləri belə görünür. Bu hökümət “düşüncə səhvi”  anlayışını da çıxarmışdır. Bu səhv hökümətin fikirlərinə zidd düşüncələr ifadə edənləri cəzalandırmaq üzərinə hazırlanıb və bütün səhvlərin ən ağırı olaraq bilinir. Eyni zamanda bu distopyada “yeni söyləm” adlı bir dil istifadə olunur. Bu dildə hökümətin istəmədiyi bəzi sözlər tədavüldən qaldırılıb… Bu dil xalqa açıq bir  şəkildə  yeni bir lüğət tərtib edib və bu lüğətdə yazılmayan sözləri gündəlik məişət həyatında işlətmək qəti qadağandır. Bu qədər basqı arasında baş qəhrəman Winston ilə tanış oluruq. Partiyanın aşağı rütbəli bir üzvü olan bu obraz məcburən yaşamalı olduğu bu basqı rejimindən artıq usanmış və getdikcə hökümətin ona qoyduğu qanunları yıxmışdır. Eyni zamanda Winstonun gizli-gizli görüşdüyü Julie adlı qadınla yaxınlaşmasına, yüksək rütbəli Obrien tərəfindən tələyə düşürülməsinə və yaşadığı xəyanətlər, işgəncələr nəticəsində getdikcə sahib olduğu dirənmə ruhu itirməsinə şahid oluruq. Bu kitabda üstündə durmalı olduğumuz ilk hissə bu rejimin ustalıqla həyata keçirdiyi “propaqanda taktikası”dır. Hələ kitabın əvvələrinə oxuculara verilən bir sual var; burdakı insanlar niyə üsyan etmirlər? Belə basqıcı bir hökümətə rəğmən bu insanların üsyan etməməsi , hətta tutqulu bir şəkildə hökümətin yanında yer almaları bizə bu hökümətin bilinən manipuluasiya taktikalarını ustalıqla həyata keçirdiyini göstərir. Beləliklə, suala bir daha nəzər salaq; insanları öz tərəfinə necə çəkə bilərsən? Hökümətin isə bu suala cavabı; insanları qarşı tərəfə nifrət etdirərək! Hökümət hər il “nifrət həftəsi” adı verilən bir seremoniya təşkil edir. Burada insanlar bir ain məsəli bir yerə toplaşaraq öz düşmənlərinə, spesifik olaraq düşmən tərəfin öndəri Goldsteinə qarşı öz nifrətlərini qusurlar. Eyni zamanda hökümət yeni düşmənlərini də elan edir. Hadisələr yalnız bununlada kifayətlənmir. “iki dəqiqəlik nifrət” adı verilən gündəlik bir rutində var olmaqdadır. Bu topluluqda insanlar düşmənlərinə nifrət qusmaqla bərabər, “böyük qardaş”a olan sevgilərini göstərirlər. Bu zaman Winston kimi höküməti dəstəkləməyən və Goldsteinə qarşı nifrət bəsləməyən insanlar belə “axın psixologiyası” səbəbi ilə özünü bu davranışlara uyğunlaşmaqdan çəkindirə bilmir. Oruelin bu kitabı yazmasına ilham verən SSRİ politikası idi. Kitabda görürük ki, bu hökümət Stalinə bənzər bir nifrət və düşmən politikası izləməsi ilə bərabər, digər sahələrdəndə güclü bir propaqanda yeritdiyini deyə bilərik. Hökümətin başındakı isim, “böyük qardaş” deyilən gizli şəxs. Bu insan partiyanın lideri və propoqandanın ardındakı insan olsada əsər boyunca heç bir şəkildə görünmür. O, sadəcə şəkillərdə və ekranlarda var və heç bir şəkildə insan içində görünmür. Mümkün qədər gizlənmiş vəziyyətdə və bu partiyanın həyata keçirdiyi propoqandaya başdan sona nəzər salsaq olduqca təsirli bir metoda sahip olduqlarını görərik.

Fəqət bu propoqanda  taktikası Winston kimi obrazların tamamilə partiyanın tərkibinə daxil olmasını bacara bilmir. Partiya burada fərqli kozrlarını ortaya çıxarmalı olur. Bu hökümətdə düşünmə səhvi adlı bir anlayış var və hökümətin qərarlarına qarşı bir düşüncəyə sahib olan insanlar ən ağır işgəncələrlə cəzalandırılır amma bu hökümətin düşüncə suçundan daha hiyləgər bir metodu var. O metod xalqın düşünəbilmə imkanlarını azaltmaq və bunu da dil ilə həyata keçirirlər. Hökümətin müəyyən çərçivələrdən kənara çıxamadığı bir lüğətin tərtibi ilə partinin uyğunsuz hesab etdiyi sözləri istifadə etmək qadağan edilmişdir. Nəzər saldıqda istifadə etdiyimiz dil və o dilin daxilində olan sözlər bizim düşüncələrimiz üçün kritik bir dəyərə sahibdir. Çünki  insan bir düşüncəyi başqa düşüncəyə çevirəndə və hətta öz-özünə düşünəndə belə həmin sözlər ilə ifadə edir. Fəqət həmin fikri ifadə edəcək sözlərin istifadəsi qadağandırsa həmin düşüncənin insan zehnində yer alması bir o qədər çətin bir prosesdir. Məsələn diktator. Əgər həmin dildə bu söz və bu sözə bənzər bir neçə sözün işlənməsi qadağandırsa insanın “böyük qardaş bir diktator” olduğunu dərk etsə belə bunu başqa insanlara ifadə edə bilməyəcəkdir.

Hökümətin insanları öz tərəfin çəkməsinin bir digər üsulu da budur ki, “keçmiş manipülasiya” anlayışına görə hərəkət edərək dövlətin əslində yaşadığı keçmişi silib onu elə dəyişir ki, xalq bu günün basqısını, sərt diktator rejimini bir lütf olaraq görür. Hökümət bir xəyal ürünü olan düşmənlər, qəhrəmanlar yaradaraq, keçmişi tamamilə dəyişdrərək bu günün insanlarını idarə etməyi bacarır. Buna nümunə olaraq 2+2=5 (SSRİ nin şüarı- 4 ilə etmək isədiyi bir hərbi planın 5 ilə həyata keçməsindən yaranıb) göstərə bilərik. Bütün bu məlumatları bir yerə toplasaq, hökümət xalıqın beynini yumaq üçün iki təməl faktordan istifadə edir;
1. Nifrət və düşmənçiliyi  aşılayan propoqanda üsulu,
2. Yeni dili və yeni düşüncələri diktə edən beyin idarəçiliyi. Fəqət hökümət nə qədər çalışsa da, Winston kimi insanları öz tərəfinə çəkə bilmir və bu zamanda qəddar bir şəkildə yeni bir üsul irəli sürür – qorxu faktoru. Kitaba baxanda onu görürük ki, Tom Parsons obrazında elə  bir vəziyyətlə qarşılaşırıq ki, hökümət tərəfdarı bir insan öz yaxın dostunu, qohumunu, sirdaşını, yoldaşını, hökümət ziddiyyətlisi bir insanı sata bilmə xarakterinə sahibdir. Onu satan öz qızı olub. Kitabın ən sərt kulminasiya nöqtəsi Obrienin Winstonu həbs etməsindən başlayır və onun mübariz ruhunu qıra bilmədiyini görər. Və hökumət bu qədər çırpınışdan, iztirabdan sonra baş qəhrəmanımızı istədiyi çərçivə daxilinə sala bilmişdir. Artıq o da hökümətə nifrət etmir əksinə ona sevgi ilə bağlanıb və artıq onun üçün də 2+2=5… 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar