Sizin Reklam Burada
Xəbər lenti
07-01-2025
06-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov

Tarix: 07-01-2025 09:12     Baxış: 460 A- / A+

Yeni Ermənistan tarixində, Ermənistan dövlətə çevrildikdən sonra bu ölkənin bircə lideri də insanpərvər kimi tanınmayıb və Azərbaycan xalqına qarşı nifrət ifadə etmədən keçinməyib. Ter-Petrosyan da istisna deyil, baxmayaraq ki, onun haqqında çoxları deyirdi ki, bu, ləyaqətli, dürüst bir insandır və Azərbaycanla sülh və dostluq haqqında razılığa gəlməyə hazırdır - bütün bunlar yalandır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü il tarixində "Yerkrapa" könüllülər birliyinin yığıncağında irqçilik, Azərbaycan xalqına qarşı nifrət və işğal siyasətini nümayiş etdirdiyi video-çıxışını şərh edərkən deyib.
"Əslində, Ter-Petrosyanın "Yerkrapa" özünümüdafiəçiləri qarşısında çıxışını izlədikdə onun sözlərində nasizmin açıq-aşkar olduğunu söyləmək olar. Burada Azərbaycan xalqına qarşı gizli nifrət aşkar görünür. Bir çox siyasətçi bir söz deyir, başqa şey edir. Ermənistan siyasətçiləri də istisna deyil. Ter-Petrosyan Ermənistanın xarici torpaqların ələ keçirilməsi, Azərbaycan xalqına qarşı nifrət hissinin alovlandırılması istiqamətində dövlət siyasətinin təməlini qoymuş bir şəxsdir. Ona görə də mən onu guya "ən yaxşı prezident" saymazdım. Bu videoda dedikləri ən azından millətçi ifadələrdir. Erməni azadlıq hərəkatının məqsədi isə başqalarının torpaqlarını zəbt etmək, həmin ərazilərdə yaşayan xalqları ya məhv etmək, ya da qovmaqdır. Təsadüfi deyil ki, biz erməni separatçıların və millətçilərin "dənizdən dənizə Ermənistan" xəritələrini, hətta Rostov vilayətini belə özlərinə daxil etdiklərini görmüşük. Bunlar hamısı genetik olaraq formalaşıb. Erməni xalqı çalışqan, zəhmətkeşdir, lakin erməni xalqının liderləri bu onilliklər ərzində regiondakı qarşıdurmalar zamanı öz xalqının xoşbəxtliyini istədiklərinə şübhə doğururlar. Əgər xoşbəxtlik istəsəydilər, ilk növbədə qonşuları ilə razılığa gəlməyi və problemləri həll etməyi bacarardılar. Amma nəticədə gənc ermənilərin heç bir şey uğrunda həyatını itirdiyi Qarabağ münaqişəsinə səbəb oldular. Bəzi nasist ideyaları naminə. Gec-tez erməni cəmiyyəti Ter-Petrosyan, Köçəryan və s. kimi liderlərə münasibətini yenidən nəzərdən keçirəcək", - politoloq qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar