Xəbər lenti
Putinin nəzərində Əsəd satqındır - İDDİA
“Vacib olan Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarıdır. Suriya üçün “Buradan çıxın, siz bura aid deyilsiniz” deməsi çox vacibdir”.
Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər ukraynalı jurnalist Dmitri Qordon tərəfindən Vasili Qolovanova verdiyi müsahibədə səslənib.
“Artıq görünür ki, bu bazalar Liviyaya doğru köçürülür. Onlar təkcə Suriyada rusların toplanması yeri kimi deyil, həm də Afrikaya ekspansiya üçün daşınma bazası kimi xidmət edirdilər. Bundan başqa, bu bazalar narkotik ticarəti üçün tranzit məntəqəsi kimi istifadə olunub. Əsəd xüsusilə narkotik qaçaqmalçılığı ilə məşğul olub”, - deyə Qordon iddia edib.
O, Bəşər Əsədin Moskvada zəhərlənməsi iddialarına da münasibət bildirib.
“Yeri gəlmişkən, Moskvada Əsədi “Noviçok”la zəhərləməyə cəhd etdiklərinə dair xəbərlərə necə reaksiya verəcəyimi bilmirəm. Heç bir təsdiqedici sənəd və daxili məlumat yoxdur, amma bir şey bəllidir - Əsəd Putinin gözündə satqındır.
Vasili Qolovanov: “Bəlkə zəif demək istəyirsiz?”
“Yox məhz satqın. Zəif olan Yanukoviç idi, lakin Putinin nəzərində heç olmasa satqın deyildi. Çünki Putinə görə, Əsəd ona xəyanət etdi. O, həm öz gücünü itirdi, həm də Rusiyanı çökdürdü. O, Rusiya Federasiyasının arxasında Qərblə və Türkiyə ilə ayrı-ayrı danışıqlar apardı, heç bir nəticə vermədi, sonra qaçdı”, - Dmitri Qordon deyib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar