Xəbər lenti
Azərbaycan dünən uğurlu hücum etdi - Geqamyan
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan bildirib.
O iddia edib ki, Azərbaycan mətbuatı İran Xarici İşlər Nazirliyi adından İranın dəhliz məsələsindəki mövqeyindən vaz keçdiyi və onun açılışının texniki detallarının tezliklə Türkiyədə müzakirə olunacağı xəbərini yayıb:
“Xoşbəxtlikdən belə bir şey yoxdur. İran tərəfi çox tez hər şeyi təkzib etdi.
Lakin bu azərbaycanlı hücumu bizə 3 vacib şeyi xatırladır:
1. Turan dəhlizi ilə bağlı 2025-ci ildə mümkün ən böyük təzyiq olacaq. Bu, bir sıra hallarla (xüsusən də tikinti tarixləri) bağlıdır. Dünənki hücum da bunun ilkin əlamətlərindən biridir.
2. İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır. Qərbin İrana təzyiqlərini artırdığı halda bizim üçün çox faydalı olan bu mövqe dəyişdirilə bilər.
3. Azərbaycan və Türkiyənin Ermənistana qarşı müharibəsi təkcə klassik döyüş meydanında deyil, həm də informasiya döyüş meydanındadır. Dünənki hücum buna əyani sübutdur.
Qarşıdakı həftələrdə biz bu təhlükənin mahiyyətini mümkün qədər təfərrüatı ilə başa düşməyə və vizuallaşdırmağa kömək edəcək hərtərəfli tədqiqi təqdim edəcəyik”.
Zəruri olaraq qeyd edək ki, ötən gün İran XİN sözçüsü İsmayıl Bəqainin Zəngəzur dəhlizinin açılmasını müzakirə etmək üçün İrandan Türkiyəyə nümayəndə heyətinin gedəcəyi haqda sonradan təkzib edilən bəyanatını yayan İran mediasıdır. Azərbaycan mediası yalnız istinadla xəbəri tirajlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar