Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

AZAL təyyarəsi necə qəzaya uğrayıb? – “Flightradar”

Tarix: 25-12-2024 14:29     Baxış: 4131 A- / A+


Bakı-Qroznı reysi ilə uçan AZAL-ın “Embraer ERJ-190” təyyarəsi güclü GPS tıxanmasına məruz qalıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Flightradar” qlobal uçuş izləmə xidmətinin X səhifəsində məlumat yayılıb.
“J28243 nömrəli reys saat 03:55-də (Bakı vaxtı ilə 07:55) Bakıdan yola düşüb və Qroznıya istiqamət alıb. Təyyarə güclü GPS tıxanması ilə üzləşib və bu da onun yanlış ADS-B məlumatlarını ötürməsinə səbəb olub. Saat 04:40-də (Bakı vaxtı ilə 08:40) ADS-B siqnalını itirdik. 06:07-də (Bakı vaxtı ilə 10:07) ADS-B siqnalını 06:28-də (Bakı vaxtı ilə 10:28) qəzaya uğramazdan əvvəl tutduq”, - məlumatda qeyd olunub.
“Tenqrinyus”un verdiyi məlumata görə, AZAL-ın qəzaya uğrayan təyyarəsi Aktau vaxtı ilə 11:20-də (Bakı vaxtı ilə 10:20) təcili qəza enişi istəyib.
“Kazinform” isə Mangistau vilayətinin Səhiyyə İdarəsinə istinadla yazıb ki, təcili qəza enişi tələbi ilə 1-ci dərəcələ fövqəladə çağırış 10:58-də (Bakı vaxtı ilə 09:58) daxil olub.
Yayılan son görüntüdə AZAL təyyarəsinin Aktau limanı yaxınlığında dövrə vurduğu, enməyə cəhd etdiyi, buna nail olmadığı və sahilə düşdüyü əks olunub.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin duman səbəbindən əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya istiqamətləndirildiyi haqda məlumat yayılıb. “Rosaviasiya” isə quş sürüsü ilə toqquşduqdan sonra kapitanın özünün Aktau limanını seçdiyini bildirib.
Hava gəmisində 62 sərnişin, 5 ekipaj üzvü olub. İlkin məlumata görə, 29 nəfər sağ qalıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar