Sizin Reklam Burada
Xəbər lenti
08-01-2025
07-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir?

Tarix: 08-01-2025 14:39     Baxış: 349 A- / A+


Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasından 103 minlik avadanlıqların oğurlanması ilə bağlı keçirilən prosesdə maraqlı faktın üstü açılıb.
Manevr.az xəbər verir ki, məhkəmə zamanı iddiaçı kimi Bakı şəhərinin rayonlarından birində vaxtilə icra başçısı olmuş İ.M inisiallı şəxsin sürücüsü M.Məmmədov tanınıb. İcra başçısı da məhkəmədə ifadə verib və karxananın ona məxsus olduğunu dolayısı ilə təsdiqləyib.
Məlumata görə, ittiham olunan tərəf isə icra başçısının onun bacısından qisas aldığını bildirib. Onun sözlərinə görə, bacısı sabiq icra başçısı ilə qeyri-rəsmi nikahda olub və karxananı da İ.M bacısına bağışlayıb.
Təqsirləndirilən şəxsin bacısı da məhkəmədə ifadəsində bunu təsdiqləyib.
Maraqlıdır, qeyri-rəsmi nikahda yaşadığı qadına karxana bağışladığı bildirilən İ.M. inisiallı icra başçısı kimdir?
İttiham tərəfi “2017-ci ildə icra başçısı olmuş” şəxsdən danışır. 2017-ci ildə Bakı rayonlarından birində icra başçısı olmuş “İ.M” inisiallı şəxs isə İbrahim Mehdiyevdir. O, 2000-2006-cı illərdə Xətai, 2006-2017-ci ildə isə Yasamal rayonuna başçılıq edib.
1946-cı il təvəllüdlü İbrahim Mehdiyev Sovetski ərazisində məşhur Hacı Cavad məscidinin sökülməsi qalmaqalı zamanı vəzifəsindən azad edilmişdi.
İbrahim Mehdiyevin var-dövləti haqda isə çoxsaylı məlumatlar mövcuddur. Bildirilir ki, onun yalnız Bakıda ondan çox milyonluq obyekti, eyni zamanda İsveçrədə böyük sərvəti var.
“Unikal”ın mənbədən əldə etdiyi məlumata görə, o, Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən köhnə “Maşın bazarı”nın arxasında böyük torpaq sahəsini ələ keçirib. Həmçinin Bakı şəhəri, Sarayevo küç, 1 (“Əhmədli” metrosunun yanı) “Soliton” mağazalar şəbəkəsinin yerləşdiyi bina, Baku Electronics MMC-nin “Əhmədli” filialının binası, Əhmədlidə bir neçə yerdə məşhur hamamları var. Həmçinin onun Xətai rayonunda bir neçə yaşayış binasında mənzilləri və bahalı villaları mövcuddur.
İ.Mehdiyev Yasamal rayonuna başçı təyin edildikdən sonra burada da bir sıra iri milyonluq obyektlər alıb.
Belə ki, İ.Mehdiyevin Yasamalda bir neçə uşaq bağçası, diş klinikası, villaları, boş torpaq sahələri var. "Eklint” restoranlar şəbəkəsi, "Volvo” şirkətinin binası da ona məxsusdur.
İ.Mehdiyevin “Nərimanov” metrostansiyasının yaxınlığında iri kompüter mağazası da var.
İ.Mehdiyevin oğlu Həsən Mehdiyev isə İsveçrədə yaşayır. O atasının pullarını bu ölkənin banklarında qoruyur və orada böyük biznes şəbəkəsinə malikdir. H.Mehdiyev Bakıda məşhur "Unipark” şirkətinin də şərikidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar