Sizin Reklam Burada
Xəbər lenti
09-01-2025
08-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir yol var - dirənir daşa, qayaya, bir çay var - bağrımın başından keçir

Tarix: 10-01-2025 09:57     Baxış: 322 A- / A+

Musa ASLANXANLI




Can, ay cavanlıq, qədrini
Bilən olmadı, olmadı.
Bir dünyanın yiyəsiydin,
Yiyən olmadı, olmadı...

Rəhman Babaxanlının şeirindən... Cavanların ömür-gün uğurlarını, səhvlərini, acılarını xatırladım... Şeirdə gənclik illərinin, ömrün-günün qədrini bilməkdəsöhbət gedir. İstisna hallar olsa da, düşünürəm ki, günübugün olduğumuz mühitdə bizim də cavanlarımıza ürək yandırmamız, sayğımız azalıb...
Bir bədii əsərə- deyək ki, şeirə ciddi yanaşarkən, o şeri dərindən təhlil edərkəRəhman Babaxanlını xatırlayıram. Qədirbilən qələm sahibləri, oxucular da Rəhmanın milli-mənəvi düşüncələrdən yaranan, sadə, ancaq dolğun məzmunlu şeirlərini unutmazlar, elə bilirəm... 1985-ci ildə ilk kitabı, “Zaman heç nəyə baxmır” çap olunub. (Daha doğrusu, bir kitabı nəşr olunub, o da 37 yaşında)

Kitab “Analar”şeiri ilə açılır...
Analar, analar, gözəl analar!
Doğuma, ölümə dözən analar!
Oğul-oğul deyib gəzən analar!

O kimin oğludu, qurd ürəklidi?
O kimin oğludu, quş ürəklidi?
Analar, analar, əziz analar!
Gözünün qorası dəniz analar!

Ölsək, üstümüzdə ağlamayin siz,
Qara yaylıqları bağlamayın siz.
Biz qara yerlərə yem olmayırıq,
Vətən oğulluğa götürür bizi.

Vətən köynəyindən keçirir bizi,
Vətən köynəyindən qurdürəklilər
Keçirlər, vətənə oğul olurlar.
Vətən köynəyindən quşürəklilər
Keçəmmir,
Vətənin özündən keçir,
Bir tikə çörəyə bogaz olurlar.

Bu şeirdə bütün zamanlar üçün, önəmli, bu gün Vətənimiz üçün ən önəmli olan Vətən, Ana, Oğul gözləntiləri, ilgiləri bədii ifadəsini tapıb. Qurd ürəkli ifadəsi xalqdan gəlir, igidlik, cəsarət simgəsidi... Vaxt gəldi, qurdürəkli oğullar sözünü dedi!..
Şair analara üzünü tutur:

Qurd ürəyi verin gül balalara,
Yurd ürəyi verin gül balalara;
Vətən köynəyindən keçirsin bizi,
Vətən oğulluğa götürsün bizi!..

Rəhman da Qarabağ həsrəti ilə yaşayan şair idi...
Dünyasını dəyişməzdən bir az qabaq “Qarabağsız...” şeirini yazdı

Qarabağsız qara bayramdı bütün bayramlar,
Qarabağsız qara bayraqdı butün bayraqlar...
Qarabağsız qara niyyətdi bütün niyyətlər,
Qarabağsız qara şöhrətdi bütün şöhrətlər...
Qarabağsız qara yaylıqdı bütün yaylıqlar...
...Qarabağsız gora getmə, gora getmə, gora sən,
Qarabağsız qalacaqsan Qarabağsız hara getsən!..

Şeir müdrik şairin vəsiyyəti kim səslənir...
Yeri gəlmişkən, heç təsadüfi deyil ki ustad Xalq şairi Rəsul Rza Rəhmana uğurlu yol yazıb, onu ədəbi içtimaiyyətə təqdim edib.
Rəhmanı tələbəlik illərindən tanıyırdım... Ədəbi dərnəklərdə də görüşürdük.
Yataqxanada qaldığım 4 nəfərlik otaqda yataq dəsti olan bir boş çarpayı vardı.
Ara-sıra Rəhman gəlib gecəni qalırdı. Səhər tezdən durub gedirdi. Bizə elə bir narahatlıq yaratmırdı. Universitet tələbələri, yataqxana işçiləri də onu tanıyırdı. Özü indiki İqtisad Universitetində oxuyurdu. İmkan olanda məndətəzə yazdığım şeirlərdən oxumamı istəyirdi. Tənqidi fikirlərini də estetik, uyarlı bir şəkildə deməyi bacarırdı. Özü şeir oxuyanda əsas fikri, ifadəni aydın tələffüzlə dinləyiciyə çox yaxşı çatdırırdı. Füzulini çox sevirdi, vəziyyətə uyğun Füzulidən dediyi misralar ünsiyyətə bir ayrı gözəllik gətirirdi Rəhman Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.
Uzun illər “Azərbaycan” radiosunda redaktor, AzTV-də Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.
Kənddə orta məktəbdə əllim işləyirəm... 80- cı illərin axırları olardı. Məktərəhbərliyi mənə:
-Get, “Araz” pavliyonunda qonaqlar var sənlə görüşmək istəyirlər. Getdim. Pavilyon deyilən Bakı yolunun kənarında, rəmə dediyimiz təpəliyin
ətəyində, su arxının üstündə, söyüdlərin əhatəsində idi... Mənimlə görüşməistəyən Rəhman Babaxanlı, onunla bərabər olan Zaman Qarayev idi... Onlar Ədəbiyyatı təbliğ bürosu xətti ilə rayonlara çıxmışdılar.
Tələbəlik illərində olan diqqətli, sayğılı münasibətimizi unutmamışdı Rəhman. Mənimlə görüşməyi, hal-əhval tutmağı bəlkə də özünə borc bilmişdi. Bir çay süfrəsi arxasinda hal-əhval tutduq, söhbətlər etdik. Ailə qurmağımla maraqlandı. Lətifələr danışdı... Rəhman qaraqabaq adam deyildi, məclis adamı olmağı bacarırdı. Rəhman:
-Musa, şeir oxu,- deyir.
Deyirəm ki, şeirdən bir az uzaqlaşşam. Rəhman təkid edir. Əslində mən düz deyirəm, ancaq ailə qurandan sonra maraq yaranıb, əl yazmalarıma baxıram, düzəlişlər də edirəm. Rəhman bir az da ərklə məni yola gətirir. Yadımda olan
şerimi deyirəm. Əslində bu şeir 80-ci illərin axırlarında yazılıb. Sonra cüzi dəyişiklik də olub.

Bir yol var-dirənir daşa, qayaya
Bir çay var-bağrımın başından keçir.
Xalqın bölünməsi soyuq su olub
Xalqın süfrəsindən, aşından keçir

Dost olan layiqdi dosta tən gələ...
Nə çox yolumuzda qurulur tələ...
Gör,kimlər dəyirman işlədir hələ,
Gör,kimlər dəyirman daşından keçir!

Bölündük düşmənin məharətindən,
Namərdin bulanıq xasiyyətindən.
Araz-Pyoturun vəsiyyətindən,
Nadirin gözünün yaşından keçir!..

Vətəndir hər qaya, hər daş, hər yazı!-
Yazılı daşları bir nur damlası...
Sular yağmalanıb, büllur damlası
Zümrüd üzüklərin qaşından keçir!..

Musa, sözlərini saxla yarıda,
Xalq öz sabahını gərək yarada.
Sənin də taleyin ulu dünyada
Xalqın baharından, qışından keçir.

Şeiri bəyəndilər... Rəhman tərifli cümlələr dedi:
- Əla!.. Biz bura sənin şeirləri dinləmək üçün gəlmişik, bir şeir də oxu,-dedı.
Olsun ki mən sıxılmayım deyə bir lətifə də danışdı.
Yaxın aylarda yazdığım tək bir şeir də yadımdaydı...

Qiymət tapa, dəyərlənə-
Ömür neçə il məskəni...
İşıqlana, kaş ki ola
Qədim yurdlar el məskəni...

Yolumuzda nahaq çoxsa,
Şər qalxınan ruhu boğsa...
Sınaqlardan çıxsın, yoxsa
Eşqim ancaq dıl məskəni?..

Sınan ümid nələr deyir...
Yoxa çıxdı neçə xeyir.
Toxum səpdim, nahaq, o yer
Sel ağzıydı, sel məskəni...

Sənmi mələk, sənmi pəri,
Kim bağlayar sınan pəri?..
Gəl sındırma şüşələri,
Qəlbim olar yel məskəni...

Yolum məslək, yolum məram,
Əyləncəylə yoxdu aram...
Mən bir gül var, axtarıram,
Tapsam, ömrüm gül məskəni...

Qonaqlarım şeirə qonaq olur... Sağollaşıb xoş ovqatla ayrılıram. Rəhmanın məni xatırlaması, sayğı göstərməsi  unudulmaz xatirəyə dönür...





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar