Xəbər lenti
Ölümə səbəb olan həkimi yenidən işə kim götürüb? – Nazirlikdən açıqlama
Bir dəfə 18 yaşlı qızın ölümünə səbəb olan həkim təkrar eyni işə niyə və necə qaytarılıb?
Manevr.az-ın xəbərinə görə, Globalinfo.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq işəgötürənin nazirlik deyil, klinikalar olduğu bildirilib:
“Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək. Nəzərinizə çatdırırıq ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”.
Səhiyyə Nazirliyindən S.Mehdiyevin işə götürülməsi ilə bağlı klinikaya müraciət etməmiz məsləhət görülüb:
“Həkimlərin özəl klinikalarda işə götürülməsi mexanizminə gəlincə isə, bu məsələ ilə bağlı sizi maraqlandıran konkret klinikanın rəhbərliyinə müraciət etməniz daha məqsədəuyğundur. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
Görünür, 10 il müddətində Sənan Mehdiyevlə bağlı yoxlamaya, həbs olunması haqda araşdırmaya ehtiyac olmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar