Xəbər lenti
Məktəblini döyən sabiq məmur namizədlikdən geri çəkildi
Bələdiyyə seçkilərində namizəd olan Lənkəran icra başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) namizədliyini geri götürüb.
Manevr.az-ın məlumatına görə, onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Lənkəran bələdiyyəsi üzrə irəli sürülmüşdü.
Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.
YAP-ın Lənkəran Rayon Təşkilatından "cenublu.az" saytına bildirilib ki, onun namizədliyini geri götürməsinə səbəb səhhətində yaranan problem olub.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
Bu hadisəyə görə hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar