Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, tərcümeyi-hal, rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış tələb olunan sənədlərdir.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar