Xəbər lenti
Nikol düşünür ki, bununla Əliyevə mane olacaq - Balasanyan
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
“Paşinyan düşünür ki, bu addımları Əliyevə öz planlarını gerçəkləşdirməyə mane olacaq. Halbuki o ölkənin təhlükəsizliyinin təmini üçün konkret addımlar atmalı idi. Ermənistanın AB-yə üzvlük perspektivi dumanlıdır və ölkəmiz üçün çox pis zarafata çevrilə bilər. Hazırda AB və Rusiyanın inteqrasiya birlikləri arasında rəqabət gedir. Moskva deyir ki, AB və Avrasiya İttifaqı bir-birinə uyğun təşkilatlar deyil. Ermənistana göstərir ki, ikisindən birini seçməlidir. “Həm, həm” siyasətini tətbiq etmək alınmayacaq, çünki dünya artıq dəyişib. Ermənistanın Avrasiya İttifaqından çıxması isə erməni iqtisadiyyatını 90-cı illərə qaytaracaq” – deyə o bildirib.
Balasanyan Ermənistanın Qərbə plasdarm üçün lazım olduğunu bildirib:
“Ermənistanın təkcə KTMT və Avrasiya İttifaqı üzvlüyü yoxdur, onun həm də İranla quru sərhədi var. Bu da ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması və İranla müharibə üçün plasdarm rolunu oynaya bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar