Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hamilə qadın doğuş zamanı həbs edildi: İnterpol axtarırdı

Tarix: 14-01-2025 21:50     Baxış: 433 A- / A+


Hamilə qadın doğuş zamanı  həbs edildi:   İnterpol axtarırdı 
İnterpol tərəfindən axtarışa verilən qadın Kolumbiyada xəstəxanada “doğuş zamanı” həbs edilib.
Xarici medianın xəbərinə görə, 30 yaşlı Zaida Rosa Lopes immiqrasiya və polis əməkdaşları onu doğum evinin ərazisində yaxalayanda təəccüblənib.
O, hamiləlikdən qaynaqlanan şiddətli qarın ağrıları ilə xəstəxanaya gedib.
Hadisə yerindən çəkilən fotoda onun xəstəxana otağında çarpayıda uzanaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əhatəsində olduğu görünür.
Venesuelalı qadın Valeduparda tutulub. Həbs zamanı sosial işçi və həkim də olub.

Səlahiyyətlilər əcnəbilərin qeydiyyatı informasiya sisteminin bildirişi sayəsində Lopesi xəstəxanada izləyə biliblər.
O, Venesuela hüquq-mühafizə orqanları tərəfindən dələduzluq və cinayət törətmək üçün sui-qəsddə ittiham olunaraq axtarışa verilib. O, polisə təhvil verilib, polis onun vətəninə deportasiyası üçün prosedurları həyata keçirəcək.
Orada o, ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün hakim qarşısına çıxacaq.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar