Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

Evlənmək istəyən cütlüklərə XƏBƏRDARLIQ

Tarix: 14-01-2025 15:03     Baxış: 432 A- / A+
Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricilərə əsasən, hər 2 cütlükdən biri evliliklərinin 1-3-cü ilində ayrılıq qərarı verir. Boşanmaların kökündə müxtəlif səbəblər olsa da, proses zamanı tərəflər arasında bir sıra anlaşılmazlıqlar özünü göstərir. Bunların başında isə mülklərin bölünməsi və aliment məsələsi dayanır.
Ölkəmizdə nikah müqaviləsi ilə bağlı praktika olmadığından tərəflər boşanan zaman əmlak bölgüsündə ciddi problem yaşayırlar.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, nikah müqaviləsi təkcə əmlakla bağlı deyil, evlilik sonrası tərəflərin üzərinə götürdüyü məsuliyyətləri də özündə ehtiva edir:
“Ümumiyyətlə, nikah müqavilələri mülki hüquqi müqavilə sayılır və ərlə arvadın həm nikahdan öncə, həm nikah dövründə, həm də nikahdan sonrakı əmlak vəziyyətini tənzimləyir. Burada tərəflərin hər ikisinin fərdi gəlirləri nəticəsində əldə olunan əmlakların nikah pozulduqdan sonra və yaxud davam etdiyi müddətdə kimin mülkiyyətində necə qalacağı müəyyən edilir. Təkcə əmlak münasibətləri deyil, eyni zamanda, nikahdan sonra tərəflərin üzərinə götürdüyü davranışlar qaydası da müəyyən olunur”.
Hüquqşünas qeyd edib ki, indiki şəraitdə nikah müqaviləsinin imzalanması mütləqdir:
“Əmlak dedikdə isə burada həm daşınan, həm də daşınmaz əmlak, o cümlədən, qızıl-zinət əşyaları, fərdi əşyalar və vərəsəlik qaydasında keçən əmlakla bağlı da tərəflər öz üzərlərinə öhdəlik götürə və ya hüquqlar müəyyən edə bilərlər. Ona görə də nikah müqavilələrinin təşviqi lazımdır. Vətəndaşlar mütləq şəkildə nikaha girən zaman bu müqavilələri bağlamalıdır”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar