Xəbər lenti
Hafiz Hacıyev yaddaşını itirib? - Açıqlama
Manevr.az xəbər verir ki, modern.az-ın əməkdaşı iddiaların nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirmək üçün Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb.
Müasir Müsavat Partiyasının sədri altsheymer və yuxarıda adı çəkilən digər xəstəliklərə tutulduğu barədə iddiaları rədd edib:
"Yaddaşım-filan yerindədir və çox da əladır. 15 yaşında cavan oğlan kimiyik".
Bununla belə Hafiz Hacıyev müalicə olunduğunu gizlətməyib.
O, ürəyindən əməliyyat olunduğunu qeyd edib.
"İndi səhhətim müalicədən sonra çox yaxşıdır. Mübarizəyə başlamışam. Bələdiyyə seçkilərinə 25 namizəd irəli sürmüşük. Partiyamızın iclası gözlənilir. Çox böyük inadla Azərbaycanın yenidən qurulması istiqamətində böyük işlər görəcəyik. Ürəyimlə bağlı problemim vardı, damarlarıma stent qoydurmuşam. O da elə materialdandı ki, sıradan çıxası deyil. Rüşvətxorlar, korrupsionerlər və dövlətə xəyanət edənlər varsa, qoy onlar narahat olsunlar ki, bizimlə mübarizəyə necə davam gətirəcəklər...".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar