Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Mirzəyev “Space”dən getdi

Tarix: 17-09-2024 16:53     Baxış: 460 A- / A+


Uzun illərdir ki, yüksək reytinqli verilişlərə aparıcılıq edən tanınmış teleaparıcı İlham Mirzəyev "Space" telekanalı ilə yollarını ayırıb.
Manevr.az xəbər verir ki, aparıcı artıq yeni mövsümdə "Space" də olmayacaq. Onun digər telekanalların birində fəaliyyətini davam etdirəcəyi də deyilir.
Saytımıza açıqlama verən aparıcı "Space" ilə yollarını ayırdığını bildirib:
"Bəli, xəbər doğrudur, "Space" ilə yollarımı ayırdım. Bu televiziyada özəl layihələrə aparıcılıq etdim. Yüksək reytinq verən həmin layihələrimlə tamaşaçı sevgisini yenidən qazandım. Bir daha özümü təsdiqlədim ki, illərin təcrübəsi öz sözünü deyib, yorulmaq nədir, bilmirəm, eyni yüksək enerjimlə hələ reytinqli verilişlərə aparıcılıq edirəm və bununla fəxr edirəm.
"Space"dən getməyimə də özüm qərar verdim. Öz istəyimlə gedirəm. Nə kanal rəhbərliyi, nə də işçilərdən heç bir narazılığım da yoxdur. Mehribanlıqla ayrıldıq. Bilirsiniz ki, mən uzun illər öncə Azərbaycan Dövlət Televiziyasından fəaliyyətə başlamışam, 10 il orada çalışmışam. Bu 10 il mənim üçün böyük bir məktəb rolunu oynayıb. 18 il də "Space" Televiziyasında çalışdım, son layihələrimi də əlavə etsək, 19 il olur".
Aparıcı digər telekanalların birində fəaliyyətə başlaması ilə bağlı xəbərə belə aydınlıq gətirdi:
"Bir çox telekanallardan dəvət almışam, hələ ki götür-qoy edirəm, dəqiq qərar verməmişəm. Bəlkə də hansısa telekanalda olacağam, olmayacağam, yaxud da teleməkandan uzaqlaşacağam, ya yox, bunu özüm də tam qərarlaşdırmamışam. Amma bütün telekanallar mənə doğmadır, bütün televiziya rəhbərləri, mənə əzizdir, bütün aparıcılara da böyük hörmətim var".yenicag.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar