Xəbər lenti
Milyonlarla dollar dəyərində qızıl-zinət əşyaları Zamirə Hacıyevaya qaytarıldı
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya bir neçə milyon dollar dəyərində qızıl-zinət əşyalarını qaytarıb.
Manevr.az xəbər verir ki, bu barədə Londonun "The Evening Standard” nəşri məlumat yayıb.
Bildirilir ki, Milli Cinayət Agentliyi etiraf etməyə məcbur olub ki, Hacıyevanın Londonun məşhur "Harrods” univermağından aldığı milyonlarla funt sterlinq dəyərində qızıl-zinət əşyaları qanuni vəsait hesabına alınıb, ona görə də onları sahibinə qaytarmağa borcludur.
Qeyd edilir ki, ötən ay NCA keçmiş azərbaycanlı bankirin həyat yoldaşının əmlakının müsadirə edilməsinə dair məhkəmə qərarını fantastik uğur kimi qiymətləndirməsinə baxmayaraq, Agentlik Vestminster magistr Məhkəməsində Hacıyevanın daş-qaşlarının müsadirə edilməsi cəhdlərini sakitcə tərk edib.
Bu ay davam etməli olan tərəflərin dinləmələri, təfərrüatları açıqlanmayan sövdələşmədə qarşılıqlı razılaşma ilə dayandırılıb.
Xatırladaq ki, 2018-ci ildə Zamirə Hacıyeva Böyük Britaniyada Londondakı korrupsioner rus oliqarxları haqqında məşhur BBC serialının adını daşıyan "McMafia Qanunu”na əsasən "izahedilməz sərvət hökmünə” məruz qalan ilk şəxs olub.yeniavaz.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar