Sizin Reklam Burada
Xəbər lenti
15-09-2024
14-09-2024
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq - FOTO

Tarix: 04-09-2024 15:53     Baxış: 495 A- / A+



Kəlbəcər rayonunun İstisu qəsəbəsinin gələcək görüntülərini paylaşılıb.
Manevr.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı 2 sentyabr 2024-cü il tarixində təməli qoyularaq, tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.
Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq.
Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə, layihəyə əsasən, gələcəkdə burada "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.
Həmçinin, qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.
İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar