Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Vaqif Bayatlıya miniatür məktub

Tarix: 10-03-2024 20:26     Baxış: 33 368 A- / A+
Vaqif Bayatlıya miniatür məktub.

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən qəbrində nə külək var, nə ağac... 
İstəyirsən dirilib Vaqif Bayatlıdan soruşasan;
Sən bilərsən, niyə mənim qəbrimdə göy üzü yoxdu?

İstəyirsən Vaqif Bayatlıya deyəsən ki, şeirlərinin əlindən tut, gətir qəbrim üstə!..

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən yer üzündə bir doğman səni tapşırır göz yaşlarına... və deyir: — Mən tək-tənha quruyan bir ağacam.

Qəfil yadına düşür ki, ağaclar Vaqifin qardaşıdır!
Tapşırırsan evindəki ağacı Vaqif Bayatlıya!

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən günəşdən uzaq düşmüş evlərin birindən çağa səsi gəlir! O sənsən.
Kiridə bilmir Tanrı səni ayıyla, ulduzuyla. Qardaşının üzünü köməyə çağırırsan Vaqif Bayatlı kimi. 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, uşaqsan, kamança səsindən qorxub, ağlayan. Kimsə dolmuş gözlərinin içində şeir oxuyur. Odur e, Vaqif Bayatlı. Deyir ki,
daha sən də,
sən də ağladammazsan məni,
mən zalım adamam, kamança.

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, qardaşının ayağı ilişib sarı yarpaqlara, yıxılıb. Ağlayır doğum evində. Şükür deyirsən. Şükür! Daha nə Vaqifin şeiri üstə top-top oynayan qardaşı tənha deyil, nə mən, nə də sarı yarpaqlar...

Bu yazı başqa yazıdır. Bircə Vaqif qanadlanıb, uça bilər bu yazıda!

Qəbrin də dillənib deyər: — Nə yaxşı ki, Vaqif var!..


























Aydan Ay
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar