Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur.
Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. "YAŞAT” Fondunun işində yaxından iştirak edir. Məsud Aşina "YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür.