Xəbər lenti
Ədəbiyyatda kaliqula necə oldu ki, demokrat diktatora çevrildi
...bu Roma imperiyası tarixindəki simvol-obrazın nəyi ifadə etdiyini, şübhəsiz, bilirsiz. Onu da bilirsiz ki, hər bir tarixi simanın , eyni zamanda, ədəbi obrazın meydana gəlməsi, ətə-sümüyə bürünməsi yetişdiyi sosial mühitlə bağlıdı, onu yetişdirən kübrə, su tərkibiylə birbaşa bağlıdı...burda bir mötərizə...
Beynimi qurcalayan bir fikrin kökünü araşdırıb tapmayınca rahat olmuram, məsələn , demokrat necə diktator olur, məzlum necə zalıma çevrilir, istedad kimi görünən zamanla əriyib "boz ədəbi daşıyıcıya" çevrilir, kütləviləşən (dirilən) ədəbiyyatın arxa planı-səbəbi nə (sənəti öldürmək!) və s....bu kimi suallar..
Keçək mətləbə.
Stalinizmi Xruşşovmu yumşaltdı? Eyni sistemin içində qarşı duruş olmaz ki? Sadəcə BÖYÜK ZÜLM SİSTEMİNİ qorumaq üçün Xruşşovizm gərəkdi; NECƏ Kİ RUS İMPERİYASINI QORUMAQ ÜÇÜN ÇARIN ROLUNU LENİN -STALİN OYNADI tarix səhnəsində.
Sovetizm ÇARizmin bətnindən doğulmuşdu, nəsə, tarixçilik etməyək.
40-50-ci illərdə dünyada modernizm küləkləri əsməyə başladı və sənətdəki "izm"lər yağışdan sonrakı göbələk kimi çox yayğınlaşdı.
Sənayeləşmə, elmi-texniki tərəqqi-inqilablar bəşər məfkurəsinin, içtimai münasibətlərin yeni müstəviyə keçəcəyini şərtləndirdi...və..
və...bildiyimiz ədəbiyyat da ümummodernizmin dalğaları üzərində öz varlığını sürdürməyə məcburdu, burda söhbət sovet 60-cılarından gedir.
ABŞ-da 50-ci illərdə Uolt Uitmenin adıyla bağlanan sərbəst şeirin sistemli doğuluşu təsirini göstərdi.
Ədəbiyyatdakı əyanilik və konkretlik, sovet pafos-ritorik-tribuna obrazı Qərbin modernizmi-intellekti qarşısında öz varlığını sürdürmək üçün "yumşamaya" keçdi...və, əslində, ağ bayrağını aramağa başladı. Bu yerdə Nodar Dumbadzenin "Ağ bayraqlar"ı assosiativ olaraq xatırlanar. Yeri gəlmişkən, 60-70-inci illərin gürcü ədəbiyyatı tərcümə, dramaturgiya sahəsində daha çox diqqəti cəlb edirdi, azad ruhluydu, məzlum simalı deyildi.
Sovet obrazının vahid insan tipi dağılır, yerini müxtəlif xarakterli surətlərə verirdi, qalib obraz öz yerini yazıq, taleyilə barışıq, bəzən də təktipliliyə etiraz notlarına tərk edirdi.
Sovet imperiyası Qərbin intellekti qarşısında dağıldı. Çorçilmi demişdi?-BEYİN İMPERİYASI DÖVRÜ BAŞLADI?
Rus-sovet ədəbiyyatı burdan qidalandı və doğulduğu mühitin xəstəlik-diktotirial xəstəlik simpitomlarını özüylə daşıdı. Amma , boyuna biçilmiş ədəbi obrazın kəfənini cırıb zamanı-özünü adlayıb azad, hərbir ideolojidən arına bilmədi.
Balaca-balaca ədəbi Kaliqulalar yarandı-sovet və sovet ədəbiyyatı dağıldıqdan sonra.
Bizdəki 60-cı illər ədəbiyyatının yaradıcıları ədəbi məmur oldu, eynən SSRİ ədəbiyyatındakı kimi....ortada, təbliğ olunanlar da artıq öz ömrünü ədəbi anlamda başa vurmuşlar, fizikən-zorla özlərini qorumağa başlayanda diktatura daşıyıcısı olduğu üzə çıxdı.
(Mənim maraq və əhatə dairəmdə deyil imza, isim..sadəcə mənzərəni-səhnəni göstərməyə çalışıram, əlbəttə, gördüyüm-bildiyim qədəriylə.)
Ədəbi Kaliqula ətrafındakıların -ondan ucaboyluların başını vurdurardı, hamını özünə oxşatmağa çalışar, məcbur edərdi, ona bənzəməyənləri məhv edərdi.
Hətta..dünyanın hər yerindən gətizdirdiyi Allah heykəllərinin başını kəsdirər, yerinə öz heykəlinin başını qoydurarmış.
Bildinizmi..bizim ədəbiyyatdakı kütləvilik, hamının biri-birinə oxşaması nə ilə bağlıdı?
Nə bilim, ən azından, bir versiya.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar