Xəbər lenti
Müşfiq Məmmədli: "Prezident Putinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir"

Bu fikirləri Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə münasibət bildirərək qeyd edib:

"Rusiya və Azərbaycan arasındakı davamlı görüşlər ikitərəfli münasibətlərin sabit və müntəzəm inkişafını təmin edir. Xüsusilə ticarət dövriyyəsinin artımı və humanitar sahədəki əməkdaşlıq, münasibətlərin nə qədər dinamik olduğunu göstərir. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ekologiya, təhsil, səhiyyə və ticarət kimi sektorlarda genişləndirilməsi üçün güclü bir təməl yaradır. Regional təhlükəsizlik və nəqliyyat dəhlizlərinin inkişafı da səfərin əsas müzakirə mövzularından biri olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yaranan yeni şərait Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün yeni imkanlar yaradır. Nəqliyyat və energetika sahəsində birgə layihələr iki ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcəkdir. Həmçinin, qarşılıqlı səyahətlərin artımı və insan əlaqələrinin güclənməsi, münasibətlərin dərinliyini göstərən əsas amillərdən biridir. Rusiya Federasiyasının COP29 iqlim konfransında Azərbaycanın namizədliyini dəstəkləməsi isə ikitərəfli münasibətlərin strateji əhəmiyyətini göstərir", deputat vurğulayıb.
Natəvan Qocayeva,
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar