Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kamil Bədəlov seçicilərinə müraciət etdi: "Namizədlər bu mərhələdə qanunu pozurlarsa, deputat olsalar..."

Tarix: 27-08-2024 12:00     Baxış: 2668 A- / A+
42 saylı Sumqayıt Seçki Dairəsindən deputatlığa namizəd Kamil Şirxan oğlu Bədəlov seçicilərinə müraciət etdi. 
Manevr.az sözügedən müraciəti təqdim edir:

"Əziz, Sumqayıt sakinləri!
Əziz, 42 saylı seçki dairəsindən olan seçicilərim!
Mən 42-ci dairədən millət vəkilliyinə namizəd kimi sizinlə bir cox mətləblərdən danişmaq istəyirəm. Bizim dairədən millət vəkilliyinə 11 namizəd mübarizə aparır. Məntiqlə başa düşülən tərəfi odur ki, namizədlərdən 10 nəfərinin əsas rəqibi hakim partiyanın nümayəndəsi Hicran xanım Hüseynovadır. Amma və lakin, bəzi özlərinə vurğun namizədlərdən biri and içir ki, mən artıq seçilmişəm. Bir başqası isə, 3-5 nəfərlə görüşdən sonra:" mən artlq öz seçilməyimin əminliyini aldım,- deyir. Digər başqa birisi isə, sanki, illərdir Sumqayıtın problemlərilə yatıb-duran adam kimi digər namizədlərdən özünü güclü bilərək qutudan ya mən, ya da Hicran Hüseynova çıxacaq - deyərək  söz sərgiləyir. Mən bildiyimə görə demokratiya anlayışında seçki məsələləri səslərin sayımından sonra bəlli olur. Yox əgər demokratiya olmayanda isə, öncədən, mən seciləcəm -  deməyi hansı növ idarəetmə quruluşunun ayağına yazmaq lazımdır bilmirəm. Bundan başqa, seçki qanununa görə, namizədlərin şəkilləri ancaq, seçki məntəqələrində ayrılmış xüsusi löhvə üzərinə vurula bilər. Yenə də, amma və lakin, mamizədlərin bəziləri seçki qanununu pozaraq şəkillərini küçələrdə hara gəldi vururlar. Əcaba, mənə maraqlıdı, özləri hələ seçkinin təbliğat-təşviqat mərhələsində qanunu pozurlarsa, deputat olsalar qanunun təminatçısı necə olacaqlar. Çox təəssüf edirəm ki, hələ seçkilər başlamamış  namizədlərdən digər namizədlərə qarşı bu cür qeyri-etik danışıq və siyasi dayazlığın şahidi oluram. Hələ bunu demirəm ki, namizədlərin bəziləri siyasi partiya təmsilçisi olmaya-olmaya seçici platforması ilə, partiya platformasını dəyişik salırlar. Bəzilləri isə Prezident seçkilərilə deputat seçkilərinin platformasını qarışdırırlar. Dövlətin ana siyasətinə yön vermək ideologiyasının xətti Prezident seçkilərində namizədlərin platformasında ehtiva edilə bilər. 

Əziz seçicilər!
Mən ixtisasca politoloqam. Siyasi sistem, seçkilər, siyasi mübarizə, ictimai fikir nədir çox gözəl bilirəm. Əslində, hamı hər şeyi gözəl bilir. Atası evi Sumqayıtda olub, Sumqayıtdan seçiləcəyinə ümid edən mamizədlərə isə, onların məntiqilə baxsaq ədalət naminə deməliyəm ki, Hicran Hüseynovanın atası Sumqayıtın memarıdır. Bu məntiqlə yanaşsaq, gərək namizədlər Hicran Hüseynovanın 42 - ci dairədən namizədliyini bilən kimi, əlini-qolunu sallayıb geri dönəydilər.

Ancaq mən  belə düşünmürəm. Düşünürəm ki, namizədlərdən kimin qalib olmasını seçki qutusuna atılan səslər müəyyən edəcək. 
Deputatlığa namizəd həmkarlarıma demək istəyirəm ki, siyasətin bir mərtəbəsi də səbrdir, səbr edin 01 sentyabrı gözləyin. Başınızı sivil təbliğata və saxtakarlıq olacağı təqdirdə necə qarşısını almaq istiqamətində çalışdırın. Mənim ruhumun mübarizə qaynağı isə haq və xalqdır. Çünki xalqdan uzaq düşən Haqdan, haqdan uzaq düşən xalqdan uzaq düşmüş olar!", müraciətdə qeyd edilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar