Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

Səlim Babullaoğluna CAVAB: “Vahid Əzizdən söz açmaq sənətə dırnaqrası yanaşmaqdır.”

Tarix: 28-02-2024 16:31     Baxış: 22 249 A- / A+
Emil Rasimoğlu
yazar



Səlim Babullaoğlunun Vahid Əziz haqqındakı çıxışı ilə bağlı dünən yazdığım yazıya, bildirdiyim fikirlərə qarşı bu səhər Səlim Babullaoğlunun özünün bir az məmursayağı, bir az (didaktika ilə) ağsaqqalsayağı... bir az da ədəbiyyatçı kimi uğursuz bir münasibəti ilə tanış oldum.

İndi yazacaqlarım (da) dünənki fikirlərimə qısa SÖZARDI olsun... və ya Səlim Babullaoğluna bir CAVAB:

Hörmətli Səlim Babullaoğlu — (təkrar edirəm) ədəbiyyata bələd olan, mətni tanıyan... amma bugünkü ədəbi cameədə (çoxları kimi!) ədəbi təfəkkürünə (məhz ədəbi təfəkkürünə!) sadiq olmayan, “xəyanət” edən imza!

1. Əvvəla, onu deyim ki, Vahid Əzizlə bağlı məlum çıxışınızı bir yox, (yeri gəlib) bir neçə dəfə dəqiqliklə izləmişəm... və fikirlərinizin mahiyyəti də (əlavə şərhə ehtiyac olmadan!) gün kimi aydındı! Siz də, mən də... o verilişi izləyən (sənətin fərqində olan!) istənilən bir şəxs də gözəl bilir ki, kim haqqında hansı tərzdə danışırsınız (məhz siz!).

2. Mən Vahid Əzizin nəinki qələminə, hətta sənət, ədəbiyyat təsəvvürünə lap yaxşı bələdəm. Bu mövzudakı “məğlubiyyətinizi” gəlin, “pərdələməyin”.

3. Siz yaradıcı təfəkkür baxımından sizlə eyni müzakirədə iştirak edən Yusif Nəğməkar deyilsiniz... Səlim Babullaoğlusunuz! Özünüzü “aldatmayın”... və siz o müzakirədə ümumiyyətlə olmalı deyildiniz.

4. Ədəbiyyat adına Vahid Əzizdən söz açmaq, yazıqlarından danışmaq... və qeyd etdiyiniz tərzdə (təkrarlamaq istəmirəm) “əlaqələndirmələr” aparmaq... hətta bununla kifayətlənməyib bu gün ciddi-cəhdlə Vahid Əzizi “sənət karvanında” təqdim etmək ciddi ədəbiyyata, sənətə qarşı dırnaqarası yanaşmaqdan başqa heç nə deyil.

5. Təəssüf edirəm ki, yaradıcı Səlim Babullaoğlu bir qələm adamının görkəmli bir imza olub-olmamasını (əgər varsa!) özünəməxsus yaradıcılıq potensialı ilə yox, aldığı hər hansısa bir titulla, fəxri adla şərh edir. Bu məqamda da özünüzü korkoranə düşünməyə vadar edirsiniz. Axı, gözəl bilir ki, Vahid Əziz “haradan” gəlib... fəxri adı hansı “meyarlar” əsasında alıb... və ümumilikdə Azərbaycanda bu mükafanlandırma sistemi əksər hallarda hansı “meyarlara” söykənir. (Elza Seyidcahan da rəhbərliyində təmsil olunduğunuz qurumun üzvüdü, Vaqif Bayatlı da!)
 
6. Bəli, Səlim Babullaoğlu, intiharın “qarası” da olur, “ağı” da... İndiki halda siz onu “görə” bilməzsiniz...

7. Sizə də uğurlar!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar