Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Video üçün ağzına kobra qoyması ölümü ilə nəticələndi

Tarix: 17-09-2024 21:50     Baxış: 437 A- / A+
Video üçün ağzına kobra qoyması ölümü ilə nəticələndi - VİDEOHindistanın Telangana əyalətində sosial media üçün əlində kobra ilanı tutaraq video çəkən 20 yaşlı Şiva Raju kobranın sancması nəticəsində ölüb.

Atasından ilan tutmağı öyrənən Racu kənd sakininin tapdığı kobranı tutub. Cümə axşamı ilanla videosunu lentə alan gənc riskli addım ataraq kobranın başını ağzına qoyub. Bu vaxt kobra Racunu dişləyib.

Racu hadisədən sonra evə qayıdıb və vəziyyəti ailəsinə çatdırıb. Ailə üzvləri dərhal gənci yerli xəstəxanaya çatdırıblar. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, ilan sancması nəticəsində dünyasını dəyişib.

Bu faciəvi hadisə sosial media üçün təhlükəli məzmun istehsalının potensial riskləri ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər xüsusilə gənclərə xəbərdarlıq edir ki, izləyici qazanmaq və ya populyarlıq naminə həyati təhlükə yaradan hərəkətlərdən çəkinsinlər.

Yerli hakimiyyət orqanları oxşar hadisələrin qarşısını almaq üçün ictimai maarifləndirmə işləri aparacaqlarını açıqlayıb. Bundan əlavə, ilan kimi təhlükəli heyvanlarla təmasda daha sərt qaydaların tətbiqi planlaşdırılır. sonxeber.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar