Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian əxlaq polisinin iranlı qadınları narahat etməyəcəyini bildirdi

Tarix: 17-09-2024 13:38     Baxış: 493 A- / A+

İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, əxlaq polisi bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.
Manevr.az xəbər verir ki, prezdent iyul ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransını keçirib.
O, bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini qeyd etdikdən sonra polisin küçələrdə olub-olmadığını soruşub. Jurnalist polisin hələ də küçələrdə olduğunu deyib.
Pezeşkian cavabında "Əxlaq polisi qadınlara qarışmamalıdır. Mən vəziyyətə nəzarət edəcəm ki, qadınları narahat etməsinlər" deyib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) da keçən həftə İranda qadınların geyim qaydalarına əməl etmələrinə görə hələ də ciddi cəzalandırıldığı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, seçkilərdən əvvəl Pezeşkian hicab tələbinə nəzarət edən patrul qaydalarına qarşı çıxacağını vəd etmişdi. O, həmçinin ölkədə uzun müddətdir mövcud olan bəzi internet nəzarətlərini yüngülləşdirəcəyini də deyib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar