Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndiyə necə gedə bilərik?

Tarix: 12-09-2024 17:50     Baxış: 354 A- / A+


İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür. Bunun üçün vətəndaşlar "Yolumuz Qarabağa" portalı üzərindən icazə əldə etməlidirlər. Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər.
Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu" və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkündür.
Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Vətəndaşları maraqlandıran digər məsələ isə Xankəndi şəhərinə səfərlə bağlıdır.
Yəni Xankəndi şəhərinə getmək üçün hansı tələblər var? Xankəndi şəhərinə getmək üçün prosedur necədir?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən Bizim.Media-ya verilən açıqlamada Şuşaya səfər üçün icazə almaqla Xankəndi şəhərinə də getməyin mümkün olduğu bildirilib.
"Xankəndi şəhəri üçün ayrıca icazə tələb olunmur. Təyinat nöqtəsini Şuşa seçməklə Xankəndi şəhərinə də səfər etmək olur. Eyni şərtlər burada da keçərlidir", -deyə qurumdan qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar