Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni tədris ili ilə əlaqədar nəqliyyatda hansı dəyişikliklər olacaq? - Şəkillər

Tarix: 13-09-2024 09:10     Baxış: 435 A- / A+
Yeni tədris ili ilə əlaqədar ictimai nəqliyyatın hərəkət qrafikində dəyişikliklər ediləcək.

Tələbələrin ən çox üz tutduğu metro saatları nəzərə alınaraq yeni qrafiklə bağlı işlərə başlanılıb.

Son günlər yollardakı təmir-bərpa işləri ilə əlaqədar bir çox küçə və prospektlərdə nəqliyyatın sıxlığı artıb və bəzi avtobus marşrutlarının hərəkət sxemində dəyişikliklər olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhəri və Abşeron rayonunda xəttə buraxılan avtobus sayı 486-ya çatdırılıb. 

Yeni tədris ili ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlar da yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar