Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Novella Cəfəroğlu partiya qurmaq istəyir

Tarix: 12-09-2024 19:34     Baxış: 331 A- / A+
Novella Cəfəroğlu partiya qurmaq istəyir
Ötən gün Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu partiya qurmağı düşünür.

Bu barədə Novella Cəfəroğlu Modern.az-a müsahibəsində bildirib.

Huquq müdafiəçisi sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra ona qarşı başladılan kampaniyadan söz açıb:

"Biz 70 seçki dairəsində monitrinq aparmışıq. Müşahidəçilərin rəyinə əsasən cüzi narazılıqlar olduğunu demişik. Müşahidənin nəticələrini açıqladıqdan sonra mənə qarşı linç kampaniyası başladıldı. Bu kampaniyanı kim və niyə başladıb, bilmirəm, bilmək də istəmirəm.  Sadəcə çox incidim. Müsavatçıya yaraşmayan sözlərlə təhqir etdilər. Böyüklər də məni müdafiə etmədilər. Mən demirəm ki, tənqid etməsinlər. Amma heç olmasa, təhqirlərə cavab verəydilər. Çox adam kənardan Müsavat Partiyasına irad tutur ki, Novellanı niyə çıxarmırsınız. Partiyanın içində narazı olanlar oldu. Mənim üzümdən partiyaya söz gəlməsin  deyə istefa verdim.  Müsavat Partiyasında  kifayət qədər dostlarım var, onların həmişə yanında olacam".

Novella Cəfəroğlu siyasətdən getmədiyini və fəaliyyətinə davam edəcəyini bildirib.

"Siyasətdən getmirəm. Şüurum, biliyim çoxlarından yaxşıdır. Həm dünyada, həm Azərbaycanda siyasi durumu analiz edə bilirəm. Dostlarım var ki, mənə bir partiyada birləşməyi təklif edir. Onlar deyirlər ki, yığışaq və partiya necə olmalıdır sübut edək.  Amerikadan Avropaya qədər çox sayda ziyalı zəng edib partiyada təmsil olunmaq istəyirlər. Tanınmış jurnalistlər də partiyaya üzv olmaq istəyir. Niyə də bir qadın partiya sədri olmasın?".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar